Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Qəbul imtahanlarının sayı azaldılsın! - TƏKLİF

Qəbul imtahanlarının sayı azaldılsın! - TƏKLİF

“Dünyanın heç bir yerində abituriyentlər belə stres, həyəcan yaşamır desəm, mənə haqq verənlər çox olar. Ali məktəblərə qəbul imtahanlarının həyəcanı mart ayında başlayır və avqust ayı da daxil (6 ay) davam edir. Buna bizim övladlarımız dözür. İnanın, Amerika, Avropa, Yaponiya və Çində uşaqlar bizimkilər qədər oxusaydılar, vaxtından tez alim olardılar. Bu kimi inkişaf etmiş ölkələrdə universitetə qəbul olunmaq asan, oxumaq çətindir. Bizdə isə tam əksinə”.

tehsilmedia.info xəbər verir ki, bu sözləri azedu.az-a təhsil eksperti, ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis Ramin Nurəliyev deyib.

O, qəbul imtahanlarının çətinlik dərəcəsini yumşaltmağı, sayını isə azaltmağı təklif edib.

“Bizim universitetlərə qəbul prosesinin dünyada alternativi yoxdur. Bir abituriyent 5 ay imtahan stressi yaşayırsa, yayın istisində imtahana girirsə, buna müvafiq qəbul oluna bilirsə, onları qəhrəman adlandırmaq lazımdır. Buraxılış imtahanı, blok imtahanı, qabiliyyət imtahanı, dövlət dili Azərbaycan dili imtahanı, ikinci cəhd imtahanı deyə-deyə bu 5 aylıq marafon baş alıb gedir. Mart ayında buraxılış imtahanı ilə başlayan həyəcan avqust ayında ixtisas seçimi ilə yekunlaşır və abituriyentlər sentyabrda universitetlərdə dərsə başlayır. Hansı abituriyenti dindirirsən yorgundur və bu yorğunluq universitet dərslərinə də təsir edir.

Etiraf edək ki, yüksək gərginliklə universitetə qəbul olunan abituriyentlərin əksəriyyəti yorğunluqdan dərslərə də biganə qalır”.

Müsahibimizin təklifinə görə, abituriyentlərin isti aylarda istirahət edərək universitetin dərslərinə sağlam və enerjili başlaması üçün imtahanlar aprel-may aylarında yekunlaşmalıdır.

“Sonra da deyirik ki, uşaq universiteti bitirdi, amma savad yoxdur. Universiteti bitirənlərin yarısı ixtisası barədə yaxşı biliyə sahib deyil”.

[center]Qəbul imtahanlarının sayı azaldılsın! - TƏKLİF

Ekspert düşünür ki, uşaqları bir neçə qəbul imtahanı ilə yormamalı, qəbul prosesi asanlaşdırılmalı, universitet sistemi öyrədici olmalıdır.

“Bu məsələdə işin başlanğıcı DiM-in üzərinə düşür. Qəbul prosesini uzunmüddətli olmamalıdır. Uşaqları bir neçə qəbul imtahanı ilə yormamaq lazımdır. Qəbul prosesi mütləq asanlaşdırılmalı, universitet sistemi öyrədici olmalıdır. Yorğun, dərsdən, kitabdan, elmdən bezmiş bir gənc universitetə qəbul olunduqdan sonra kitaba, oxumağa həvəssiz yanaşırsa, burda oturub düşünmək lazımdır.

Dünya dövlətləri öz ali məktəblərini xarici vətəndaşlara açır ki, buyurun gəlin, bizdə hətta attestatla təhsil alin. Bizim isə hər il universitetlərdə minlərlə boş yerimiz qalır. Bunun günahkarı kimdir? İnanın, əgər ikinci cəhd imtahanında suallar asanlaşdırılmasa, bu il daha çox yer boş qalacaq. Niyə boş qalmalıdır? Dövlətimiz hər il ixtisasların sayını artırır. Hər il dövlət sifarişli yerlərin sayı artır ki, gənclərimiz ali təhsilli olsun. Amma DİM sualları qəlizləşdirir və müsabiqə qaydalarında xüsusi hallar tətbiq edir. DİM rəhbərliyi düşünmür ki, bu ixtisaslara qəbul olunmayanların, xüsusilə də zəif bal toplayanların əksəriyyəti attestatla xarici ölkələrə oxumağa gedir? Olmaz ki, həmin gənclər bu boş qalan yerlərdə oxuyaraq xeyri özümüzə versin? Niyə bizim kapitalımız xaricə axmalıdır? Elə bu boş qalan yerlərin çoxu da ödənişli yerlərdir, bu kapital ölkədə qalıb bizim iqtisadiyyatımıza təkan verərsə, yaxşı olmazmı?

Ümidvaram ki, DİM də bu dediklərimi çox yaxşı başa düşür və ikinci cəhd imtahanını çətin salmayacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər