UNEC tələbəsi vəfat edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Yasən Məmmədov vəfat edib.
Tehsilmedia.org xəbər verir ki, bu barədə UNEC Biznes Məktəbi məlumat yayıb.
Bildirilib ki, Yasən Məmmədov Biznes Məktəbinin (MBA) A6/2-120-25 qrupunda təhsil alırdı.
Universitet tələbənin vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.





























