Xəbər lentiwidget-title-icon

AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA

“Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq” kitabı işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə "Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq” kitabı çap olunub.

Bu barədə "tehsilmedia.info"ə AMEA-dan bildirilib.

Kitabın elmi redaktoru və "Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, rəyçilər professorlar Qəzənfər Kazımov və İlham Tahirovdur.

4 fəsildən ibarət olan "Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq” kitabı "Elm və təhsil” nəşriyyatında çap edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən milli dilin, ədəbiyyatın, incəsənətin inkişafına diqqət yetirmiş, dil quruculuğuna milli dövlət quruculuğunun üzvi tərkib hissəsi kimi baxıb.

Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.

"Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov) adlanan I fəsildə ölkədə dil quruculuğu proseslərinə Heydər Əliyevin rəhbərliyi ən müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin istiqamətləri, dil və dövlət quruculuğu, dil və əlifba istiqamətində elmi-nəzəri ümumiləşdirmələr aparılıb.

"Heydər Əliyev və nitq mədəniyyəti” adlı II fəslin müəllifi professor Müseyib Məmmədovdur. Burada Ulu Öndərin nitq mədəniyyəti və natiqlik sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya və sair kimi nitq hadisələrinə toxunulur.

Professor Məsud Mahmudovun qələmə aldığı "Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri” adlı III fəsildə isə liderin qrammatikasının stilistik incəlikləri araşdırılır.

Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil də artırılıb.

IV fəslin müəllifi Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlidir. "Heydər Əliyevin Vətən konsepti-Azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə Ulu Öndərin nitqi koqnitiv planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.

Oxşar xəbərlər

Bütün xəbərlər