Xəbər lentiwidget-title-icon

Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
UNEC Azərbaycanda və Cənubi Qafqazda 1-cidir
Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər
Daha 12 ümumi təhsil müəssisəsində inklüziv siniflər yaradılıb
Peşə təhsilində 21 yeni müəssisə tikiləcək
Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi

Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

İsveçrənin nüfuzlu mədəniyyət platformalarından biri – "Septembre Musical Montreux–Vevey" festivalı çərçivəsində 13–15 sentyabr tarixlərində Azərbaycan mədəniyyəti geniş proqramla təqdim olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "Azerbaijan: The Rhythms of Heritage – Azərbaycan: İrsin ritmləri" devizi altında keçirilən təqdimat Azərbaycanın çoxəsrlik mədəni irsi ilə müasir bədii ifadə formalarını bir araya gətirib.

Sentyabrın 13-də festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının maraqlı konsert proqramı təqdim olunub.

Montrönün məşhur "Auditorium Stravinski" səhnəsində keçirilən konsertdə ansamblın ifasında "Mənim Azərbaycanım" və "Vətən" süitaları, "Qavalla rəqs", "Qazaxı", "Toy", "Sarı gəlin", "Şalı", "Nağaraçılar", "Ağ çiçəyim", "Yaylıqlarla rəqs", "Qaytağı" və "Naz eləmə" rəqsləri nümayiş etdirilib.

Milli xoreoqrafiyaın zənginliyini, temperamentini, musiqi və rəqs ənənələrimizin müxtəlifliyini əks etdirən proqram tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Azərbaycan rəqslərinin Avropanın tanınmış musiqi platformalarından birinin əsas səhnəsində təqdimatı xüsusi rəmzi məna daşıyır. 1946-cı ildə əsası qoyulan "Septembre Musical Montreux–Vevey" İsveçrənin ən qədim klassik musiqi festivallarından biridir və bu il 80 illik yubileyini qeyd edir. Müxtəlif dövrlərdə dünya musiqisinin görkəmli simalarını bir araya gətirən festival bu gün klassik ənənəni yeni bədii yanaşmalar və eksperimental formatlarla birləşdirən beynəlxalq mədəniyyət platforması kimi fəaliyyətini davam etdirir.

Festivalın əsas məkanlarından olan, 1800 tamaşaçı tutumuna malik "Auditorium Stravinski" də musiqi tarixinin maraqlı məkanlarındandır. Məşhur bəstəkar İqor Stravinski hələ 1956-cı ildə Montrö festivalı çərçivəsində burada öz əsərlərindən ibarət proqramı idarə edib. Bu gün həmin səhnədə Azərbaycan milli rəqsinin təqdim olunması mədəni irsin müxtəlif dövrlər və coğrafiyalar arasında yaratdığı dialoqun daha bir ifadəsidir.

Azərbaycanın festivaldakı iştirakı yalnız ayrı-ayrı konsertlərdən ibarət deyil. "Azerbaijan: The Rhythms of Heritage" konsepsiyası muğamdan simfonik musiqiyə, milli rəqsdən caza, ənənəvi musiqi alətlərindən müasir ifaçılıq məktəbinədək Azərbaycan mədəniyyətinin müxtəlif qatlarını vahid bədii məkan daxilində təqdim edir.

Festivalın Azərbaycan proqramının əsas hadisəsi sentyabrın 14-də "Auditorium Stravinski"də keçiriləcək "Azerbaijan Culture" qala konserti olacaq. Təxminən 200 Azərbaycan sənətçisinin iştirak edəcəyi proqram klassik və simfonik musiqini, muğamı, cazı, milli musiqi alətlərini və rəqs sənətini bir araya gətirəcək.

Montrödakı Azərbaycan proqramı xarici auditoriyaya yalnız ayrı-ayrı sənət nümunələrini deyil, ənənəsini qoruyan, eyni zamanda müasir mədəni məzmunla beynəlxalq auditoriya ilə dialoq quran Azərbaycanın bütöv mədəni portretini təqdim edir. "İrsin ritmləri" əsrlərdən gələn mədəni yaddaşın bu gün daha da gücləndiyini, inkişaf etdiyini və yeni bədii formalar yaratdığını nümayiş etdirir.

Montrö Klassik Musiqi Festivalı kimi beynəlxalq nüfuza malik sənət platformasında mədəniyyətimizin peşəkar və sistemli təqdimatı "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının mədəni irsin və milli sənətin beynəlxalq miqyasda təşviqi istiqamətində müəyyən etdiyi prioritetlərin həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan mədəniyyətini festivalda Alim Qasımov, Murad Hüseynov, Yusif Eyvazov, Afaq Abbasova, Sevda Ələkbərzadə, Elvin Hoca Qəniyev, Elmina Həsən, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər tanınmış incəsənət nümayəndələri təmsil edirlər.

Oxşar xəbərlər

Bütün xəbərlər