Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Tariximiz və adət-ənənələrimizin təbliği..

Tariximiz və adət-ənənələrimizin təbliği..

Hansı işlər görülməlidir?

Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu sübut edən özünəməxsus adət və ənənələri var. Hansı ki, bu adət-ənənələr xalqımızın keçmişi ilə bu günü, eləcə də gələcəyi arasında sarsılmaz mənəvi bağlılığı əks etdirir.

Bu gün milli adət-ənənələrimiz yetişməkdə olan gənc nəslin yaddaşında dərin izlər buraxaraq güclü təsirə malikdir. Məhz adət-ənənələr gənclərin vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sevindirici haldır ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Çünki dövlətçilik tariximizin, adət-ənənələrimizin, onun reallıqlarının, mənsub olduğu dəyərlərin dünyada tanıdılmasının vacibliyi başa düşülür. Elə bu səbəbdən də müstəqilliyimizi əldə etdiyimiz 30 ildən bir qədər artıq dövr ərzində Azərbaycan tarixi, adət-ənənələri və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına nail olub. Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil. Bütün bunlar məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir.Adət-ənənələlərimizin təbliği daim aktualdır

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, qeyd olunan məqamlar orta və ali məktəblərdə, ümumiyyətlə, bütün təhsil ocaqlarında da nəzərə alınmalıdır. Ekspert qeyd edib ki, dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz gənc nəslə tədris edilməli, öyrədilməli, onlar məlumatlandırılmalı, bilikləndirilməlidirlər: “Bu bilik, məlumatlılıq da öz növbəsində bizə məxsus olan dəyərlərin, qədim tarixə malik olan dövlətçilik ənənələrimizin, elm və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğinə əsaslı zəmin yaradır. Eyni zamanda vətəndaşlar özləri belə övladları ilə dövlətçilik tariximiz, adət-ənənələrimiz, elm və mədəniyyətimiz barədə söhbətlər aparmalı, bu ali dəyərləri təbliğ etməlidirlər. Belə bir cəmiyyət də, bu cəmiyyətin təmsil olunduğu dövlət də sarsılmaz olur. Bu baxımdan da dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinin hər zaman aktual olduğu təkzib edilə bilməz”.

Xalqımızın mənəvi dəyərlərimizə verdiyi önəm...elm və mədəniyyətimizi dərindən öyrənməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək. Bunun üçün də dövlətçilik tariximizə, milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə hər zaman sahib çıxmalı, onları davamlı olaraq təbliğ etməliyik”.

Y.SƏLİM

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli

adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır

Oxşar xəbərlər

Bütün xəbərlər