Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

"Təhsil işçilərinin iclasında ilk dəfədir ki, real problem haqqında söhbət getdi" - Məleykə Abbaszadə

"Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq".

Tehsilmedia.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

Məleykə Abbaszadə qeyd edib ki, ölkə səviyyəsində əldə olunan nəticələr əsasında təhsil strategiyasının müəyyənləşdirilməsi mümkün olsa da, konkret məktəb və fərdi şagird səviyyəsinə keçdikdə yanaşmalar fərqli ola bilər.

O, Təhsil İnstitutunun təqdim etdiyi monitorinq nəticələrinin onda böyük təəssürat yaratdığını bildirib. DİM sədri vurğulayıb ki, təqdimatlarda yalnız rəqəmlər və gələcək planlar deyil, real problemlər, onların səbəbləri və konkret məlumatlar əks olunub.

“İlk dəfədir ki, təhsil işçilərinin iclasında təkcə hansısa rəqəmlər, ‘biz bunu bacarırıq, gələcəkdə bunu edəcəyik’ deyil, real problemlər, onların kökü və real datalar haqqında söhbət getdi. Təhsil İnstitutunun monitorinqlə əlaqədar təqdim etdiyi materiallar mənə çox böyük təsir göstərdi”, – deyə Məleykə Abbaszadə bildirib.

DİM sədri qeyd edib ki, qurum tərəfindən 30 ildir müxtəlif imtahan və proseslərdən sonra elmi-statistik təhlillər aparılır. Onun sözlərinə görə, “Abituriyent” jurnalının hər il 12 nömrəsi dərc olunur və imtahan nəticələri müxtəlif aspektlərdən təhlil edilərək ictimaiyyətə təqdim edilir. “Biz bu təhlili aparanda yalnız rəqəmləri görürük. Biz bilmirik, o uşaqları tanımırıq və məktəblərdə olmamışıq. İmtahandan sonra olan nəticələri təhlil edirik və sonra o rəqəmləri ictimaiyyətə təqdim edirik”, – deyə Məleykə Abbaszadə vurğulayıb.

O bildirib ki, məktəb və şagird səviyyəsində aparılan daha detallı monitorinqlər təhsil nəticələrinin arxasında dayanan səbəbləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər