Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Məktəblərdə erməni dili tədris olunacaq? - AÇIQLAMA

Məlumat verdiyimiz kimi, Bakı Slayvan Universitetində 2026-2027-ci tədris ilindən erməni dili təsis ediləcək.

Maraqlıdır, bəs məktəblərdə erməni dilinin tədrisi mümkündürmü?

Tehsilmedia.com xəbər verir ki, Redaktor.az-a açıqlama verən Bakı şəhəri Suraxanı rayonu V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində 3 kitabın müəllifi və təlimçi, "Azərbaycan Təhsili" maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov bildirib ki, hazırkı vəziyyətdə hüquqi və kurikulum baxımından erməni dili adi xarici dil kimi birbaşa tədris edilə bilməz:

"2026–2027-ci il üçün təsdiq edilmiş ümumi təhsil tədris planında xarici dillər ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir. Erməni dili bu siyahıda yoxdur. Ümumi təhsil standartları azsaylı xalqların kompakt yaşadığı ərazilərdə həmin xalqın dilinin valideynlərin arzusu və razılığı ilə tədris edilməsinə imkan verir. Hazırda məktəblərdə ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və ivrit kimi dillərin tədrisinə nümunələr var".

Həmsöhbətimizin fikrincə, universitetdə erməni dilinin öyrədilməsi tamamilə normal akademik yanaşmadır:

"Azərbaycanlı mütəxəssislərin erməni dilini bilməsi tarix, Qafqazşünaslıq, diplomatiya, beynəlxalq münasibətlər, təhlükəsizlik, tərcümə və arxiv araşdırmaları baxımından Universitetdə erməni dilinin tədrisinin genişləndirilməsini müsbət addım hesab edirəm. Çünki Azərbaycan öz tarixini, regionu və qonşularını nə qədər dərindən öyrənirsə, bir o qədər güclü olur. “Biz erməni dilini bilməməliyik” yanaşması əvəzinə, əksinə, “onların mənbələrini də özümüz oxuya bilək” yanaşmasını seçə bilərik. Bu, hətta strateji əhəmiyyət daşıya bilər. Universitetdə — ixtisaslaşmış və akademik səviyyədə, məktəbdə isə ehtiyac və maraq olduqda seçmə fənn və ya dərnək formasında tədris oluna bilər. Bu məsələdə əsas prinsip emosiyalar deyil, Azərbaycanın milli maraqları, elmi ehtiyacları və təhsilin real imkanları olmalıdır".

Müsahibimiz qeyd etdi ki, dil bilmək zəiflik deyil:

"Əksinə, rəqibinin, qonşunun və regionun dilini bilmək informasiya üstünlüyüdür. Məktəbdə isə məsələyə başqa yanaşmaq lazımdır. Erməni dilinin kütləvi şəkildə məcburi və ya əsas xarici dil kimi tətbiq edilməsinə ehtiyac görmürəm. Lakin seçmə fənn, dərnək və ya xüsusi proqram formasında, xüsusən tarix, Qafqazşünaslıq və dilçilik istiqamətində marağı olan şagirdlər üçün öyrədilməsi gələcəkdə müzakirə oluna bilər. Əsas prinsip budur: dil öyrənmək siyasi mövqeyi qəbul etmək demək deyil. Əksinə, qonşu ölkənin dilini bilmək Azərbaycan mütəxəssisinə həmin cəmiyyəti birbaşa mənbələrdən öyrənmək və tərcüməsiz informasiya əldə etmək imkanı verir".

Oxşar xəbərlər

Bütün xəbərlər