Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

Kamran Əsədov fenomeni -Ekspert Rəyi - FOTO

Kamran Əsədov fenomeni -Ekspert Rəyi - FOTO

Bu günlərdə məhkəməsi davam edən və Azərbaycan təhsil tarixinin ən qalmaqallı və önəmli fiqurlarından olan Kamran Əsədov barədə ekspert Emin Mizəli rəy bildirib.

Tehsilmedia.com həmin rəyi təqdim edir:

"Əvvəla, etiraf etməliyik ki, Kamran bəy, doğrudan da, çox savadlı və potensiallı bir insandır. Onsuz da hələ 20-li yaşlardan etibarən, -vəzifədə olmadığı halda,- təhsilin gündəmini müəyyən etməsi də, bunu sübut edir. Onun intellektual potensialı, o qədər mühüm və yüksəkdir ki; demək olar, hakimiyyət içərisində bu cür savadlı şəxslərin sayı, maksimum 4-5 nəfər olar. (Misal: Hikmət Hacıyev, Zahid Oruc ).
Heç bir xüsusi media resursu, inzibati dəstək və maliyyə vasitələri olmadan, fikri və mövqeyi, hətta bəzən Təhsil nazirini ya da DİM rəhbərini belə, geridə qoyan bir təsirə sahibdir.

Bu cür perspektivli və effektiv şəxslər isə, əgər eqoistdirlərsə, gec-tez "güc zəhərlənməsi" yaşayırlar. Onlar, inersik durum və nüfuzları ilə qane olmur və beləliklə daha çoxunu istəyir; ya maliyyə, ya da vəzifə olaraq, potensiallarına adekvat bir gözləntiyə qapılır və buna görə də ya hamıdan daha varlı, ya da hamıdan daha "yuxarı"da olmaq istəyir və istedadlarını, bu məqsədə kökləyirlər.
Və əgər gözləntiləri, inzibati olaraq (dövlət baxımından) doğrulmursa və yüksək vəzifə ala bilmirlərsə, ən azından, daha çox maliyyəyə sahib olmağa çalışırlar.

Burda bir haşiyə çıxaq; əslində, Kamran Əsədov, indi çox populyar olan Hikmət Hacıyev qədər, dövlətdə və hakimiyyətdə ciddi təsirə sahib ola bilərdi. Sadəcə olaraq, onun, daha strateji düşünməməsi, tələskən olması və varlanmaq ehtirasının, vəzifə istəyindən daha ön planda olması, karyerasını və aqibətini təyin etmişdir.

Belə ki, hələ 2014-cü ildə, cəmi bir neçə min "qabağa düşmək" üçün yaxalandığı dələduzluq və nüfuzdan sui-istifadə faktından sonra, cinayətə cəlb olunması və "notarial reputasiyası"nın korlanması, dövlət və inzibati seqmentdə karyera şansını, bəribaşdan məhdudlaşdırmışdır.

Əlbəttə, irəliləyən illərdə, o, alternativ inzibati və digər imkanları yoxlamağa çalışmış, bəzi epizodik hallarda müəyyən nəticələr də əldə etmişdir (əlaqəli litseyə lisenziya almaq və s.).
Lakin yenə də gözləntiləri tam doğrulmamış; dövlətdən, arzuladığı mövqe və imkanları əldə edə bilməmişdir.

Ki bunda; reputasiyasındakı cinayət faktı ilə yanaşı, bəzi hallarda təhsil avtoteritləri ilə yaşadığı gündəmlər və konfliktlər də rol oynamışdır.

Zaman-zaman yol verdiyi kəskin mövqe dəyişikliyi və riskli manevrlər, ona, bəlkə, taktiki və qısa vədəli hansısa imkanlar bəxş etsə də, uzun vədədə isə, dövlət nəzərində, "riskli və güvənilməz" obrazını formalaşdırmışdır.

Və bu durum, görünür ki, müəyyən dövrdən sonra; perspektivli, amma səbrsiz Kamranı yormuş və tam taktiki və avanturist meyillərə yönəltmişdir.
Bu isə, birincisi; onun, avtoritetlərə və rəsmilərə qarşı, daha sərt və aşındırıcı mövqe və davranışlarına rəvac vermişdir.
İkincisi və ən əsası; daha qısa yoldan və daha konkret "qazanc"a sıx bağlamışdır.

Təsadüfi deyil ki, 2025-ci ildə; yenidən yol verdiyi, bu dəfə böyük saxtakarlıq və dələduzluq, eləcə də, nüfuzdan sui-istifadə faktı aşkara çıxmışdır. Hansı ki, bu, 11 il ərzində hələ məlum olan ikinci maxinasiya faktıdır. (Çünki əvvəlki illərdə, imtahanla bağlı saxtakarlıqlar, texniki imkanların məhdud olması və daha az diqqət səbəbindən, daha az ifşa olunurdu).

Lakin yol verdiyi aşkar olan ağır cinayətlərə baxmayaraq, o, (əvvəlki nümunədə olduğu kimi) yüngül cəza ilə, hətta, "ev həbsi" ilə də xilas ola bilərdi və görünür ki, son aylarda ETN-ə etdiyi ciddi reveranslar və ilginc çıxışlar da, bu gözləntini reallaşdırmaqla bağlı idi.

Amma ETN rəhbərindən fərqli olaraq, ona, patoloji antipatiya bəsləyən və keçmişi unuda bilməyən DİM rəhbəri Məleykə Abbaszadənin qəti və ardıcıl mövqeyi, görünür ki, bu "qapı"nı da bağlamışdır.

YEKUN
Əvvəldə də qeyd etdiyimiz kimi, Kamran Əsədov, elə bir şəxsdir ki, cəmiyyətimizdə çox nadir olan intellektə və manevr potensialına sahibdir. Və onsuz da həbsindən qısa müddət öncə belə, "yağlı" vəzifəyə düzələ bilməsi, bunu göstərir.

O, bir neçə il sonra azadlığa çıxacaq və yenə də potensialından və bacarığından istifadə edib, insanları, xüsusən də təhsil ictimaiyyətini çaşdırmağa və yönəltməyə (obrazlı desək: "fırlatmağ"a) davam edəcəkdir. Yenə də on minlərcə sadəlövh təhsilverənin güvənini qazanıb, müəyyən problemləri gündəmə gətirəcək, sonra da həlledici anda onları yarıyolda qoyacaqdır.

Amma artıq ikinci cinayət faktı və məhkumluq; hazırki inzibati seqmentdə, önünü, fikrimizcə, tam kəsmiş olacaqdır və bu da onun, gələcəkdə daha müxalifyönümlü və daha sərbəst olmasına səbəb olacaqdır.
İndiyə qədər əsasən, təhsil sahəsinə köklənən bu şəxsin; gələcəkdə, daha fərqli, daha universal və daha aktual sahələrə nüfuz etməsi, baş verəcək və K. Əsədov, ən "karlı" və "cəlbedici" sahə olan-ictimai-siyasi platformada, özünün, "yenilənmiş" obrazını qəbul etdirəcəkdir.

İndi onu saxtakarlıqda qınayan on minlərcə insan, bir neçə il sonra, savadlı çıxışlarına və "cəsarəti"nə görə alqışlayacaqdır və bu adamın "ləkəli keçmiş"ini, əsasən unudacaqdır. Nə qədər qəribə olsa da, 2 dələduzluq və saxtakarlıq hökmünə rəğmən, onun uzun vədədə, Azərbaycanda ən mühüm postları tutması belə, tamamilə real məsələdir.
_____________
Qeyd: K. Əsədovun fürsətcilliyini və avanturistliyini qınamaq; heç də digərlərinin stratejik, ağıllı və məqbul istiqamətli olmasını söyləmək anlamına gəlmir. Sadəcə olaraq, o, digərlərindən fərqli olaraq, öz qeyri-məşru məqsədlərinə çatmaq üçün belə, daha səbatsız və tələskən vasitələrdən istifadə etmişdir."

"Təhsil Araşdırmaları Mərkəzi"nin eksperti, sosioloq Emin Mizəli

Oxşar xəbərlər

Bütün xəbərlər