Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

111№-li məktəbin 1№-li problemi:kadrlar yerində olmayanda…




Xanım direktorun nəinki postunu qoruya bilməsində, hətta məlum yaş senzinə baxmayaraq əmək müqaviləsini yeniləyə də bilmsində balıca faktor Eşqi Bağırov və Anar Qədiməliyevdir
Bu iddia şəhid Rövşən Nəsirovun adını daşıyan 111№-li Tam Orta Ümumtəhsil Məktəbi ilə bağlı Yenixeber.org-a daxilmuş yazıda yer alır.
Məlum aktuallığını nəzərə alıb, müəyyən ixtisar və düzəlişlərlə yazını dərc edirik:
Təhsil müəssisələri, xüsusi ilə də, orta ümumtəhsil məktəbləri ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Xoşagəlməz ənənələr (Yumşaq desək…) 10 illərdir bizim orta məktəblərimizin taleyini “bəzəyir”. Bu istiqamətdə mediada, sosial şəbəkələrdə az qala həndəsi silsilə şəkilində yazılar və müxtəlif formalı faktlar tirajlanır…Etiraf edək ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi də, problemlərin həllinə çalışır kimi görünür. Məktəb direktor və müavinləri müvafiq seçim sistemi ilə müəyyənləşir, işdə yol verdiyi ictimailəşən məsul şəxslər cəzalandırılır və s. Amma, nə fayda: məktəb rəhbərləri sevimli adətlərindən əl çəkmirlər ki, çəkmirlər…
Paytaxt Bakıda isə bu durum xüsusi ilə ağırdır…Bu istiqamətdə daha bir maraqla qarşılanacaq məlumatları Sizin diqqətinizə çatdırırıq. Söhbət paytaxtdakı şəhid məzunu Rövşən Nəsirovun adını daşıyan 111№-li Tam Orta Ümumtəhsil Məktəbində yaşananlardan gedir. 1343 şagirdin təhsil aldığı bu məktəblə bağlı indiyədək də, media və sosial şəbəkələrdə tənqidi notlarla zəngin məlumatlar yer alır…
09.07.1960-cı il təvəllüdlü Jalə Hacıyevanın hələ də, məktəbin direktoru postunda olması təəccüblə bərabər, müəyyən suallar da doğurur. Bildirək ki, Jalə xanımın hələ də, məktəbə rəhbərlik etməsi, heç də təcrübəli və peşəkar kadr olmasından qaynaqlanmır. Az əvvəl qeyd etdiyimiz kimi, ötən illərdə bu məktəblə bağlı rəngarəng məlumatlar tirajlanıb. Buna baxmayaraq, hörmətli xanım direktor nəinki postunu qoruya bilib, hətta məlum yaş senzinə baxmayaraq əmək müqaviləsini yeniləyə də bilir(?) Yeri gəlmişkən Jalə Hacıyevanın müqaviləsini uzadacaq bir səbəb- hansısa titulu da yoxdur…
Yox, elə bilməyin ki, Jalə xanımı əvəz edə biləcək kadr yoxdur. Əsla, var, həm də, kifayət qədər. Amma, bir neçə səbəbdən Jalə xanım toxunulmazlıq statusu alıb… Başlıca səbəb, daha doğrusu, səbəbkarlar isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev faktorlarıdır. Bu elə bir həqiqətdir ki, bunu Bakı şəhəri təhsil sektorunda bilməyən yoxdur. Anar Qədiməliyevlə qohumluq əlaqələridə məlumdur… Məhz Eşqi Bağırov və Anar Qədiməliyevin sayəsində Jalə Hacıyeva nəinki postunu qoruya bilir, hətta məktəbi öz qanunları ilə idarə etməkdə davam edir…
Belə ki, bu təhsil müəssisəsində müxtəlif adlarla “şirinlik” toplamaq adi normaya çevrilib. Müəllimlər günü də daxil olmaqla, tədris ili başlayan gündən az qala hər gün bir bəhanə ilə uşaqları da, valideyinləri də bezdiriblər. Deyib-danışanda da, direktor yıxır sinif rəhbərlərinin üstünə. Ki, “Mənim xəbərim yoxdur, sinif rəhbərləridir pul yığan”
Hansı ki, müavinlərin simasında özünə komanda yarada bilib. Necə deyərlər, “Əl-ələ verib, işləyirlər”
Ən biabırçı hal isə 9, 10 və 11-ci siniflərlə bağlıdır... Buralarda açıq bazar var: Üç sıfırlı "centlimen razılaşması" ilə məktəbə gəlməyib, repititor yanına, yaxud hansısa kurslara getmək normaya çevrilib. Əgər xəbərdarlıq etmədən, hansısa yoxlama gələrsə bunun şahidi ola bilər. 2-ci, 3-cü dərsdən sonra uşaqlar heç nə olmamış kimi məktəbdən gedirlər. Təsəvvür edirsiniz söhbət paytaxtdakı məktəbdən gedir. Təkrar edirəm: inanmayan şəxslər xəbərdarlıq etmədən buyurub yoxlaya bilərlər.
Hörmətli redaksiya, inanıram ki, bu yazını olduğu kimi, dərc edəcəksiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Redaksiyadan: Biz məlum qanun və prinsiplərə uyğun olaraq yazıda yer alan iddialarla bağlı hörmətli xanım direktor Jalə Hacıyevanın da mövqeyini öyrəndik. Bu da, Jalə xanımın cavabı: Jalə Hacıyeva
Çoxxx təəssuf.... belə bir yazıların kimlər tərəindən yazıldıgı məlumdur. "Xoşagəlməz ənənələr" dedikdə nəyin nəzərdə tutuldugunu başa düşmürəm. Neçə illərdir öz işində vəzifə adına deyil, ona etibar olunan vəzifə borcunu yerinə yetirmək üçün çalışan bir ziyalı xanımın adına yazılan bu yazını, eyni zamanda, rəhbərliyimin adının bu tərzdə hallanmasını əsla qəbul etmirəm. Bəli,təcrübəli,fədakar olmagım, mənə etibar olunan işimin yetərincə yerinə yetirməyim, məsuliyyətim, insanlıga və insanlara olan sevgim kimlərisə dəyəsən narahat edir. Mənə olan etimadı hər zaman dogrultmaga çalışmışam və çalışacagam. Mənim işdə qalıb-qalmamagım qərarı verilən an işimdən uzaqlaşacagam. Mənim titulum isə, şagirdlərimin sevgisi, insanlarln mənə etibarı, kollektivin əzmkarlıgıdır. Məni və mənim kimi kadları əvəz edəcək gözəl , gənc kadrlarımız var və onlarla qürur duyuram!

Oxşar xəbərlər


Bütün xəbərlər

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib