Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara etdiyi hər bir səfəri özünəməxsus siyasi-mənəvi önəm kəsb edir”

“2020-ci ilin 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi olub. Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgün qiymətləndirərək, rayonun müdafiə xətti boyunca güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdə öz hərbi birləşmələrini yerləşdirmişdilər.

Şəhəri azad etmək üçün, ilk növbədə, məhz bu yüksəkliklər alınmalı idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizi atəşə tuturdu. Ona görə də Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qələbə əldə etmək üçün hərbi əməliyyatın xüsusi peşəkarlıq və fədakarlıq nümayiş etdirə biləcək heyət tərəfindən aparılması tələb olunurdu. Azərbaycan Ordusu isə bu peşəkarlığı və fədakarlığı Vətən müharibəsinin bütün gedişi dövründə göstərib.

Qubadlı əməliyyatında da ilk növbədə, şəhərə hakim olan yüksəkliklər, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan dövləti tərəfindən bir sıra tədbirlər həyata keçirilib. O cümlədən, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Həmçinin cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və bu Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib.”

Bu barədə aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.

Fikirlərini davam etdirən partiya sədri bu gün azad edilmiş bütün rayon və bölələrimizdə irimiqyaslı bərpa-yenidənqurma işlərinin aparıldığını vurğulayıb və bildirib ki, hazırda Qubadlı rayonunda da möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir: “Qubadlının bütün kəndləri, o cümlədən Qubadlı şəhəri tamamilə yenidən qurulur. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya artıq bir neçə dəfə səfər edib. Bu səfərlərdən birincisi tarixi Qələbəmiz əldə olunan il, dekabr ayının 23-də baş tutub. Həmin gün cənab Ali Baş Komandan Qubadlıda Azərbaycan bayrağının ucaldıb.

Növbəti səfərlər zamanı dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılış mərasimində, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində və bir çox digər mühüm tədbirlərdə şəxsən iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Cənab Prezident Qubadlıya etdiyi növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayonlara səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisi kimi çıxış edir” – deyə, Adəm İsmayıl Bakuvi öz fikirlərini tamamlayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər