Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

MDU-da daha bir əməkdaşlıq memorandumu imzalanıb

2025-ci il iyulun 25-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu universitetin rektoru A.Eminov və institutun sədri Elnur Rüstəmov imzalayıblar.

Bu münasibətlə MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti institutda olub, birgə tərəfdaşlığın əsas istiqamətləri ətrafında müzakirələr aparılıb.Sədr Elnur Rüstəmov institutun elmi-tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq istiqamətləri və son illərdə həyata keçirilmiş layihələr barədə geniş məlumat verib. O qeyd edib ki, MDU ilə imzalanan bu memorandum elmi biliklərin praktiki tətbiqini gücləndirməklə yanaşı, psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına da xidmət edəcək. O, tələbələrin psixoloji xidmət, sosial iş və inklüziv təhsil kimi sahələrdə bilik və bacarıqlarını institutda gerçəkləşdiriləcək layihələr vasitəsilə inkişaf etdirə biləcəklərini xüsusi qeyd edib.

Rektor Anar Eminov xoş qarşılama və göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, bu əməkdaşlığın MDU-nun müvafiq ixtisaslarında təhsil alan tələbələrin peşəkar formalaşmasına, onların sosial yönümlü layihələrə cəlb olunmasına və eyni zamanda, akademik heyətin də elmi-tədqiqat fəaliyyətlərinə yeni imkanlar açacağına inandığını vurğulayıb. Rektor qeyd edib ki, bu tərəfdaşlıq yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmayacaq, eyni zamanda birgə elmi layihələr, konfranslar, təlimlər və metodoloji dəstək proqramları da nəzərdə tutulur.

İnstitut tərəfindən həyata keçirilən elmi-tədqiqat işləri barədə məlumat verildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu rəsmiləşdirilib.

Tərəflər arasında imzalanan Memorandum təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində ortaq təşəbbüsləri, tələbələrin institutda praktiki fəaliyyətə cəlbini, elmi nəşrlərin birgə hazırlanmasını və müxtəlif layihələrdə qarşılıqlı dəstəyi nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər arasında təhsil və praktika sahəsində bir sıra ortaq təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Buna uyğun olaraq MDU-nun “Təhsildə sosial-psixoloji xidmət”, “Sosial iş”, “Məktəbəqədər təlim-tərbiyə” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbə və magistrantların institutda elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, könüllü kimi iştirakı və istehsalat təcrübələrinin təşkili əsas istiqamətlərdəndir. Həmçinin, İnstitutun dəstəyi ilə universitetdə Psixologiya Mərkəzinin açılması, ixtisasartırma kursları, təlimlər, seminarlar və ustad dərslərinin təşkili, eləcə də tədris proqramlarının və fənn sillabuslarının təkmilləşdirilməsi prosesində məsləhətləşmə və ekspert dəstəyi göstərilməsi planlaşdırılır.

Görüş çərçivəsində nümayəndə heyəti Psixologiya Elmi-Tədqiqat İnstitutunun binası və maddi-texniki bazası ilə də tanış olub. MDU-nun nümayəndələri institutun laboratoriyalarında və psixoloji xidmət otaqlarında yaradılmış şəraitlə yaxından maraqlanıb, gələcəkdə bu mühitdən effektiv şəkildə istifadə olunması ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu (MMC), “Müasir Azərbaycan Psixoloqları” Cəmiyyəti tərəfindən təsis edilmiş və 2018-ci ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı tarixdən bugünədək Psixologiya Elmi-Tədqiqat İnstitutu elmi-nəzəri və praktik sahədə xeyli əhəmiyyətli işlər həyata keçirmişdir.

Qeyd edək ki, əməkdaşlıq MDU-nun inkişaf strategiyasına uyğun olaraq, real sektora inteqrasiya olunmuş təhsil modelinin genişləndirilməsi və psixoloji elmlərin tətbiqi aspektdə öyrənilməsinə mühüm töhfə verəcəkdir.

Oxşar xəbərlər

Bütün xəbərlər