Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Kembric Universitetində COP29-un elmi-praktik aspektləri müzakirə edilib

Kembric Universitetində COP29-un elmi-praktik aspektləri müzakirə edilib

Kembric Universitetində COP29-un elmi-praktik aspektlərinə həsr olunmuş panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin Mərkəzi Asiya Forumunun direktoru, COP29-un Elm Şurasının üzvü Montu Saksenanın moderatorluğu ilə keçirilən paneldə əvvəlcə COP29-a hazırlıq prosesinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Montu Saksena çıxışında Kembric Universitetinin Azərbaycan ilə uzun illərdən bəri elmi-praktik əməkdaşlığına toxunub. O, Azərbaycanın tədbirə olduqca yüksək səviyyədə və böyük məsuliyyət hissi ilə hazırlaşdığını deyərək COP29-un uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.

Paneldə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov tədbirin məhz 18 Oktyabr - Müstəqilliyin Bərpası Günündə keçirilməsinin rəmzi əhəmiyyətinə toxunaraq COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin son 33 ildə müstəqil dövlət və regional lider kimi inkişaf etməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Elin Süleymanov Azərbaycanın COP29-a hazırlıq prosesi və prioritetlərindən danışıb. Səfir qeyd edib ki, maliyyə hədəfinin müəyyənləşməsi, karbon bazarlarının tənzimlənməsi kimi məsələlərin danışıqların əsas yer tutacağı COP29 tədbirində həm də inkişaf etməkdə olan ölkələr, o cümlədən iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri xüsusi diqqət mərkəzində olacaq. Bu xüsusda, Elin Süleymanov qərargahı Londonda yerləşən Millətlər Birliyi təşkilatı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihələrdən söz açıb. Azərbaycanın enerji keçidində nümunəvi liderliyi və alternativ enerji layihələrinə güclü sərmayə yatırmasından bəhs edən diplomat COP29-un fəaliyyət gündəliyinə daxil olan təşəbbüslər barədə də məlumat verib. Ölkəmizin tədbir davam edəcəyi müddətdə bütün dünyanı “COP atəşkəsinə” çağıracağını deyən səfir Süleymanov hər kəsi bu təşəbbüsə dəstək verməyə dəvət edib.Kembric Universitetinin fizika və kimya üzrə professoru Sian Dutton, Axşay Rao və Prajakti Kalra mineralların təmiz enerji keçidindəki rolu, enerji resurslarının tarixi təkamülü və iqlim dəyişikliyinin inkişaf gündəliyinə təsiri kimi məsələlərdən danışıblar. Universitetin Memarlıq fakültəsinin professoru Nikolas Ray iqlim dəyişikliyinin şəhərsalma prosesinə təsirlərindən bəhs edib. Ekspertlərin hər biri iqlim fəaliyyətinin irəli aparılmasında COP prosesinin əhəmiyyəti və xüsusən Azərbaycanda keçiriləcək COP29 tədbirinin həlledici rolunu vurğulayıb. Onlar qeyd ediblər ki, Azərbaycanın prosesin inklüzivliyini prioritetləşdirməsi və elmi-tədqiqatı iqlim fəaliyyətinin ayrılmaz hissəsi kimi görməsi təqdirəlayiqdir.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər