Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

"Fərq yaradan gənc müəllim 2023” müsabiqəsi elan edilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom proqramı ilə birlikdə ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün "Fərq yaradan gənc müəllim 2023” müsabiqəsini elan edir. 

Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.

Müsabiqə icbari təhsildə olan və ya 5-17 yaş arasında olan uşaqlara dərs deyən, hazırda ümumtəhsil müəssisələrində işləyən gənc müəllimlər üçün açıqdır. Müəllimlər həftədə ən azı 10 saat uşaqlarla əyani tədrisdə olmalı və növbəti 5 il ərzində müəllimlik peşəsində qalmağı planlaşdırmalıdırlar. Ölkənin bütün ümumtəhsil müəssisələrində çalışan müəllimlər müraciət edə bilərlər.

Meyarlar:

-Məktəbin, icmanın və ya ölkənin xüsusi problemlərini həll edən və bu cür problemlərin yeni üsulla həllində təsirli ola biləcəyini göstərmək üçün kifayət qədər sübutlar gətirən innovativ təcrübələrin tətbiqi;
-Şagirdlərin sinifdə nümayiş etdirilə bilən öyrənmə nəticələrinə nail olmaq;
-Müəllimlik peşəsindən əlavə sinifdən kənarda da cəmiyyətə təsir edə bilmək;
-Uşaqlara müxtəlif millətlərdən, mədəniyyətlərdən və dinlərdən olan insanlarla potensial olaraq yaşayacaqları, işləyəcəkləri və ictimailəşəcəkləri bir dünya üçün bu dəyərlərə əsaslanan təhsil verməklə onlara qlobal vətəndaş olmaqda kömək etmək;
-Müəllim nüfuzunu yüksəltmək, qabaqcıl təcrübəni bölüşmək və həmkarlarına məktəblərində qarşılaşdıqları hər hansı çətinlikləri aradan qaldırmaqda kömək etməklə müəllim peşəsinin təkmilləşdirilməsi;
-Qlobal miqyasda təhsilin keyfiyyətinə təsir etmək üçün təkrarlana bilən və geniş miqyaslı effektiv təlim təcrübələrinin tətbiqi;
-Geniş icma üzvləri və ya şagirdlər tərəfindən müəllimin tanınması.

Uyğunluq:

-Uyğun olmaq üçün Ərizəçi aşağıdakıları etməlidir:
-Müraciət edərkən ən azı on səkkiz (18) yaşında olmalı;
-İcbari təhsildə olan və 5-17 yaş arası uşaqlara dərs deyən, hazırda işləyən müəllim olmalı;
-Müəllimlər həftədə ən azı 10 saat uşaqlarla əyani tədrisdə olmalı və növbəti 5 il ərzində müəllimlik peşəsində qalmağı planlaşdırmalı;
-Əvvəlki müsabiqənin qalibi və top 10 namizədi olmamalı;
-Yaşı 35-dən çox olmamalı.

Seçim Prosesi:

Müraciət prosesi başa çatdıqdan sonra münsiflər heyəti tərəfindən müraciətlər qiymətləndiriləcək. Onlar arasından yüksək bal toplamış 50 müəllim seçilərək növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqdır.

İkinci mərhələdə 50 müəllim arasında müsahibə aparılaraq 10 finalçı müəyyən ediləcək və seçilmiş 10 namizədin adları AGMA-nın facebook səhifəsində paylaşılaraq ictimaiyyət tərəfindən səs verməyə çıxarılacaqdır. Ümumi balın 10 faizi səsvermə nəticələrinə görə əldə edilir və qalan 90 faiz münsiflər tərəfindən qiymətləndirilir.

Üçüncü mərhələdə münsiflər heyətinin seçdiyi 10 namizədin əyani formatda təqdimatı dinlənilir. Sonda 3 müəllim qalib olaraq seçilir.

Mükafatlandırma

Qaliblər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 3-cü forumunda təltif ediləcəkdir.

Birinci yer : Planşet, diplom, kristal və gül
İkinci yer : Diplom, kristal və gül
Üçüncü yer : Diplom, kristal və gül

Digər yerlər: Finalist diplomu təqdim ediləcəkdir.

Qeydiyyat linki: https://forms.gle/A661zyfqVj8QRMtv7

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər