Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

POZİTİV ÖYRƏNMƏ MÜHİTİ - MƏQALƏ

POZİTİV ÖYRƏNMƏ MÜHİTİ - MƏQALƏ


Öyrənmə mühiti təhsildə çox mühüm aspektlərdəndir. Öyrənmə mühiti tədris və öyrənmənin bünövrəsini təşkil edən strukturlardandır. Əgər öyrənmə mühitini gözardı etsək şagirdlərin inkişafının zəiflədiyini və dərsin keyfiyyətinin azaldığnı müşahidə edəcəksiniz.


Öyrənmə mühiti üç əsas komponentdən - fiziki, sosial və emosional mühitdən ibarətdir. İstənilən yüksək keyfiyyətli tədris strategiyasının təsir göstərməsi üçün bu elementlər ahəngdar şəkildə mövcud olmalıdır.
Öyrənmə mühiti həmişəlik “qurulma mərhələsindədir”. O, şagirdlərinizin ehtiyaclarına əsasən daim yenilənməli və uyğunlaşdırılmalıdır.
Gəlin, öyrənmə mühitinin üç elementinin hər birinə növbə ilə baxaq:
Fiziki Mühit


Birincisi, məktəblər bütün şagirdlərin özlərini rahat və diqqətli hiss etmələrinə imkan verən fiziki mühit yaratmalıdır. Bu, işığın, səsin, havanın keyfiyyətinin, temperaturun və divar rənglərinin nəzərə alınması deməkdir. Məsələn, mümkün olduqda sinif otaqlarında yaxşı təbii işıq, keyfiyyətli elektrik işıqlandırma olmalıdır. İdeal olaraq, birbaşa günəş işığından parıltı olmamalıdır, pərdələr təsirli olmalıdır və lövhənin proyeksiyası asan görünməlidir. Unutmayaq ki, işçilərin və şagirdlərin hər iş gününün yüksək hissəsini keçirdiyi fiziki və sosial mühit onların fiziki, emosional və psixi sağlamlığına, eləcə də nailiyyətlərinə təsir göstərə bilər.
Sosial Mühit


Məktəblər şagirdlər üçün sosial cəhətdən faydalı mühit yaratmalıdır.Hər bir məktəb pis davranışı aradan qaldırmağa yönəlmiş həllərin mövcud olmasını təmin etmək üçün davranışa təsirli, yaxşı qurulmuş və hamı tərəfindən başa düşülən bütöv bir məktəb yanaşmasına malik olmalıdır. Məktəblər öyrənmə üçün əlverişli mühit yaratmaq istəyirsə, şagirdlərin akademik və sosial uğurunu aşağı salan, işçilərin və şagirdlərin özünə hörmətini zəiflədən hər hansı davranışı effektiv və səmərəli şəkildə həll etməlidir.
Emosional Mühit

Uşaqlar həm də emosional olaraq öyrənməyə hazır olduqlarını hiss etməlidirlər. Şagirdlərə müəyyən akademik bilikləri çatdırmaq, onlarda müxtəlif bilik və bacarıqlar formalaşdırmaq üçün öyrənməyə xas, müstəqil sevgi nümayiş etdirmələrinə şərait yaratmalıyıq. Bu zaman onların öyrənmə prossesinin hər addımdan həzz almağı və qiymətləndirməyi öyrətməliyik.
Sinifdə düzgün qurulmiş motivasiya uşaqlara davamlı, müstəqil öyrənənlər olmasına kömək edə bilər və onlar sinifdə qarşılaşacaqları hər hansı bir problemin öhdəsindən rahatlıqla gələ bilərlər. Məktəblər şagirdləri daxili və xarici olaraq ruhlandıran bütün məktəb strategiyalarını və üsullarını tətbiq edə bilər. Siz şagirdlərinizin ehtiyaclarını ödəmək üçün öz yanaşmanızı fərdiləşdirməli olacaqsınız. Bu öyrənmə mühitinin daha keyfiyyətli və məqsədyönlü olmasına səbəb olacaqdır.
Müsbət öyrənmə mühiti niyə vacibdir?
Müsbət və məqsədyönlü öyrənmə mühiti şagirdlərin öyrənməkdən həzz almasını və əməkdaşlığını artıra bilər. O, həmçinin tədris və öyrənməni zənginləşdirməyə və akademik performansı yaxşılaşdırmağa kömək edə bilər. Buna görə də, məktəblərin şagirdlərinə mümkün olan ən yaxşı öyrənmə mühitini təmin etmək üçün səy göstərmələri vacibdir.
Effektiv öyrənmə mühitləri şagirdlərin özlərini dəyərli, hörmətli hiss etmələrinə təkan verir və müxtəlif müsbət hisslər formalaşdıraraq güclü birgə öyrənmə atmosferinin yaranmasına səbəb olur. Həmyaşıdları və məktəbin işçi heyəti ilə münasibətlərin düzgün qurulması və davam etdirilməsi həm də uşağın bütöv məktəb hissinə töhfə verir. Bilirik ki, bu həm psixi sağlamlıq nəticələrini yaxşılaşdırmağa kömək edir, həm də ailə həyatı xoşagəlməz və ya qeyri-sabit olan uşaqlar üçün məktəbdə təhlükəsiz, birgə öyrənmə mühiti formalaşdıraraq əminlik hissini təmin edib inam, güvən kimi hisslərin yaranmasına əsas verir.
Müsbət Sinif Mühitinin Xüsusiyyətləri

Hansı sahədə fəaliyyət göstərməyinizdən asılı olmayaraq, öyrənmə mühitinin mümkün qədər müsbət və məqsədyönlü olmasını təmin etmək üçün bir neçə strategiyanı sizə təqdim edirik:
Sinifdə, hətta bütün siniflərdə güclü birlik hissi yaradın. Sinif otağına daxil olan şagirdləri salamlamaqla başlayın. Şagirdləri uğurlarına görə təqdir edin. Sizin müsbət təsdiqiniz uşağın eşitməsi lazım olan tək şey ola bilər.
Qarşılıqlı anlaşmaya əsaslanan güclü müəllim-şagird münasibətlərinin qurulması sizə siniflərinizin hörmətini qazanmağa, həmçinin əsas sosial bacarıqları nümayiş etdirməyə imkan verir. Biz bilirik ki, sinifdə müsbət münasibətlər yaxşı davranışı təşviq etmək və şagirdlərin rifahını artırmaq üçün vacibdir.
Sinif otağında pozitiv mühit yaratmaq üçün şagirdlərə diqqətlərinə görə təşəkkür etmək və dərs üçün həyəcanınızı bölüşməklə dərslərə başlayın. Eynilə, mümkün olduqca dərsləri müsbət şəkildə bitirməyi unutmayın.
Sosial bacarıqları gücləndirin və modelləşdirin. Məsələn, şagirdlərə müraciət edərkən sinif yoldaşlarının adlarından istifadə etmələrini və nitq etiketlərindən istifadə etməyin vacibliyini vurğulayın.
Uşaq özünü təhlükəsiz hiss etdikdə, öyrənmə ilə məşğul olmaq, emosiyalarını idarə etmək və lazım olduqda dəstək istəmək ehtimalı daha yüksəkdir.
Mövzuya olan həvəsiniz yüksək olsun. Unutmayın, həvəs yoluxucudur.
Müəllimlər təcrübə mədəniyyəti yaratmalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, səhv etmək öyrənmənin vacib hissəsidir. Yenidən işləmək və yenidən nəzərdən keçirmək tələbələrə anlayışlarını möhkəmləndirməyə imkan verir. Şagirdlər sizə nəyisə "bacarmıram" deyirsə, "hələ bacarmırsan" deyərək onu düzəldin. Bu inkişaf düşüncə tərzi ilkin şəraitdə xüsusilə vacibdir ki, gənclər özlərini istənilən çağırışa daha hazırlıqlı hiss etsinlər. Onların hər birinə ayrı-ayrılıqda əhəmiyyət verdiyinizi və onların uğurlarına sadiq olduğunuzu daim xatırladın.
Şagirdləriniz sizə fərqli ehtiyaclar, təcrübələr, hədəflər və bacarıq səviyyələri ilə gələcəklər. Kiçik bir addım və ya nəhəng bir sıçrayış etdiklərindən asılı olmayaraq, özləri ilə fəxr etməyə layiqdirlər.
Şagirdləriniz üçün yaratdığınız öyrənmə mühiti fərdi uşaqların ehtiyaclarına uyğunlaşdırılmalıdır. Ünsiyyət dəstəyi ehtiyacları və ya xüsusi təhsil ehtiyacları , inkluzivlik və s. cəhətdən şagirdləri həm fiziki, həm sosial, həm də emasional mühit olaraq nəzərə almaq, onların da fikilərini soruşmaq və onlara təhslükəsiz hiss etmələri üçün şərait yaratmaq lazımdır.
Uşağın öyrəndiyi fiziki, sosial və emosional mühit onların həm nailiyyətlərinə, həm də rifahına dərin təsir göstərə bilər. Buna görə də məktəblərin müsbət öyrənmə mühiti yaratmağa çalışması vacibdir. Bununla onlar hər bir tələbəsinin çiçəklənməsinə kömək edirlər.

Metodika üzrə təlimçi, pedaqoq Sevinc Məmmədova

Oxşar xəbərlər


Bütün xəbərlər

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib