Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Bakıda transmilli təhsilin təşviqinə dair tədbir keçirilir

Bakıda transmilli təhsilin təşviqinə dair tədbir keçirilir

17-18 may tarixlərində Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsi (CEENQA) Baş assambleya və illik görüşü keçirilir.

Tədbir keyfiyyət təminatı agentlikləri və müəssisələri arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.

Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, keyfiyyət təminatında yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr də daxil olmaqla bir neçə mühüm müzakirələr keçirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan Baş Assambleya daha sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib.

Moderatorluğunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freibergerin etdiyi tədbirin birinci günü beynəlxalq ekspertlərdən Hans de Uit beynəlmiləlləşmə meyllərinin akkreditasiya üçün təsirləri, Elspeth Jonesin sərhədlərarası akkreditasiyanın keyfiyyətin artırılmasında rolu, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Goverin ENQA-nın perspektivləri və Niderland Krallığının Vittenborq Universitetinin baş direktoru Maggie Fengin xarici kvalifikasiyaların tanınması, tələbə və peşəkarların mobilliyinin təşviqi üzrə qabaqcıl təcrübələr barədə çıxışları ilə yadda qalıb.

Həmçinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olqun Çiçeyin moderatorluğu ilə Azərbaycan nümunəsində Transsərhəd Kvalifikasiyaların və Keyfiyyət Təminatının Tanınması üzrə Hüquqi Çərçivə və Təcrübələr barədə panel müzakirələr davam edib.

Qeyd edək ki, assambleya iki gün davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər