Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

İnsan Hüquqları haqqında Avropa Konvensiyasının bir neçə maddəsinə dair təlimlər keçirilib

Hüquq və İnsan Haqları İnstitutunda İnsan Hüquqları haqqında Avropa Konvensiyasının (İHAK) 3, 5 və 6-cı maddələrinə dair təlimlər keçirilib.

İnstitutdan "tehsilmedia.info"a bildirilib ki, təlimlər Avropa Məhkəməsinin qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək layihəsi çərçivəsində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zixi institutda görməkdən məmnun olduğunu qeyd edib. İnsan hüquqlarının təmin olunması sahəsində mərkəz və institut qarşısında qoyulmuş vəzifələr barədə məlumat verib, həmin vəzifələrin səmərəli icrası üçün bu cür təlimlərin keçirilməsinin vacibliyini bildirib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında insan hüquqları sahəsində yaranmış problemlərin aradan qaldırılması məqsədilə görüləcək işlərin və Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru və Kollegiyanın sədr müavini Şahmar Məmmədov təlimin HELP Proqramının tanıdılması ilə bağlı bölməsində bu proqramın tanıdılmasının təkcə Azərbaycan hakimləri üçün deyil, eyni zamanda, vəkillər üçün də keçirildiyini qeyd edib. O, insan hüquqlarının müdafiəsi sahəsində Kollegiyanın son illərdə gördüyü işlər və bu sahədə Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat verib.

Beynəlxalq konsultant İvana Roaqnanın və milli konsultant Günel Sevdimalıyevanın təqdimatı ilə keçirilən təlimlər 14 sessiyanı əhatə edib.

Üçgünlük təlimlərdə "Azərbaycan və İHAK”, "Konvensiya sistemi: təfsir prinsipləri. İHAK-a gender əsaslı yanaşma”, "Andraqogikaya giriş və böyüklər üçün tədrisin prinsipləri”, "İHAK-ın 3, 5, 6-cı maddələri haqqında məlumat”, "Azərbaycanla bağlı 3-cü maddə üzrə presedent hüququ”, "AŞ-nin HELP təlim platforması” və "İHAK üzrə məhkəmə tərəfindən əsaslandırmaya dair öhdəliklər” mövzularında ətraflı məlumat verilib.

Moderatorlar İvana Roaqna və Günel Sevdimalıyeva təlimçilərlə İHAK-ın 3-cü və 6-cı maddələri ilə bağlı praktik kazus və testlər üzərində iş aparıb, gündəlikdə duran əsas məsələlərə təfsilatlı izahlar verərək təlimin metodologiyasını şərh ediblər.

Oxşar xəbərlər

Bütün xəbərlər