Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub - FOTO

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə təlim proqramlarından 40-dan çox startapçı və startap mentoru məzun olub.

İRİA-dan bildirilib ki, agentliyin təşəbbüsü ilə KOİCA-nın həyata keçirdiyi startap akselerasiyası (SAP) və innovasiya istiqamətində fəaliyyət göstərən akademik heyət üçün təlim (TTT) proqramları yekunlaşıb. Yekun “Demo Day” tədbirində hər iki proqramın məzunları öz layihələrini təqdim ediblər. Startaplar ideyalarını xarici innovasiya mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi “pitching” sessiyasında da uğurla nümayiş etdiriblər.

Tədbirdə İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin müdiri Yevgeniya Bikmurzina və KOİCA-nın direktoru Saeyoon Park çıxış edərək proqramın ekosistemin inkişafı və potensialın artırılmasına verdiyi töhfə və iştirakçıların gələcək karyerası üçün yaratdığı dəyəri xüsusilə vurğulayıblar.

Ölkəmizdə artıq ikinci dəfə təşkil edilən proqramın xüsusiyyəti ondan ibarətdir ki, builki təlimləri koreyalı mütəxəssislərlə yanaşı, ötən ilin məzunları da keçirib.

“2023-cü ildə təşkil olunan ilk “TTT” proqramında iştirak bu sahədə praktiki biliklərimin daha da artırılmasına imkan verdi. 2024-cü ildə təşkil olunan ikinci təlim proqramına yerli təlimçi olaraq dəvət almağım isə xüsusilə dəyərli oldu”, - deyə proqramın builki təlimçisi Emiliya Əhmədova bildirib.

Təlimlərdə fərqli sahələrdən iştirakçılar yer alıb və onların yekun layihə təqdimatları xidmət sektoru, məşğulluq, dron texnologiyası, energetika, onlayn alış-veriş kimi istiqamətlər üzrə təklif etdikləri həlləri əhatə edib.

Tədbirin sonunda “SAP” proqramının məzunu olan 10 ən yaxşı startap komandası və “TTT” proqramının məzunu 3 ən yaxşı mentoru “Samsung Galaxy Tab S9” planşeti ilə mükafatlandırılıb.

Ümumilikdə, 20 startap komandası və 20 mentor bu təlimləri müvəffəqiyyətlə tamamlayıb. Hər iki proqramın iştirakçıları məzun sertifikatı ilə təltif ediliblər.

Qeyd edək ki, “SAP” proqramı müddətində iştirakçılar biznes ideyanın fərziyyə vasitəsilə sınaqdan keçirilməsi, potensial müştəri auditoriyası ilə müsahibə aparılması, ideyanın MVP, yəni Minimum İşlək Məhsul mərhələsinə yüksəldilməsi, Biznes Model Kanvasın yaradılması kimi zəruri bilik və bacarıqlara yiyələniblər.

“TTT” proqramı isə elmtutumlu innovativ layihələr üzərində işləyən akademik heyət üzvləri üçün nəzərdə tutulub. Beş həftəlik proqramda iştirakçılar innovativ sahibkarlıq üzrə təlimlərin və praktiki tapşırıqların hazırlanması, habelə startap mentorluğu işinin təşkili üzrə hərtərəfli biliklər əldə etməklə mövcud səriştələrini təkmilləşdiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər