Xəbər lentiwidget-title-icon

AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA

BMU-nun iki məzunu Prezident mükafatına layiq görülüb

BMU-nun iki məzunu Prezident mükafatına layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) məzunları - Taryel Ağazadə və Kimyəxanım Baxışova Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında yer alıblar.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək mükafata layiq görülən 10 gəncdən biri olan Taryel Ağazadə BMU-nun bakalavriat pilləsini 2021-ci ildə bitirib.

Universitetin Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi (ingilis) ixtisası üzrə məzunu olan Taryel tələbə ikən fəallığı ilə seçilib, hətta həmin dövrdən bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi kimi çıxış edib. Məzun olduqdan sonra fəaliyyətinin əhatə dairəsini daha da genişləndirən Taryel Böyük Britaniya, Amerika, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya, Macarıstan, Ukrayna, Makedoniya, Qazaxıstan, Gürcüstan, Türkiyədə təşkil olunan çoxsaylı beynəlxalq tədbir və konfranslarda iştirak edib. Eyni zamanda “Mobile World Congress”, “Web Summit”, “TechCrunch Disrupt”, “Surge Summit”, “Digital Bridge 2023”, “Money20/20” kimi innovasiya yönümlü tədbirlərdə ölkəmiz üçün kontent hazırlayıb.

O, 2020-ci ildə “İnnovativ Azərbaycan” devizi altında lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan Azərbaycan İnnovasiya Mükafatının “İlin influenseri” nominasiyası üzrə, 2022-ci ildə isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” innovasiya müsabiqəsinin “Ekosistem lokomotivi” nominasiyası üzrə qalibi olub. Hazırda “Kapital Bank”ın İnnovasiya proqramına rəhbərlik edən Taryel Ağazadə texnologiya, elm və startap sahəsi üzrə media platforması olan “Tedroid”in təsisçisidir.

Prezident mükafatına layiq görülən BMU-nun digər məzunu Kimyəxanım Baxışova universitetin Pedaqoji fakültəsinin Fizika (ingilis bölməsi) ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Radiasiya materialşünaslığı ixtisasına qəbul olan BMU məzunu magistratura pilləsini də 2021-ci ildə fərqlənmə diplomu ilə başa vurub. Kimyəxanım Baxışova hələ tələbəlik illərində bir sıra beynəlxalq elimi tədbirlərdə uğurla təmsil olunub.

Hazırda Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı olan Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. O, 19 sentyabr 2023-cü il tarixindən “Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiya davamlı selvari silisium detektorların işlənməsi” adlı dissertasiya işinin tədqiqatına başlayıb.

Oxşar xəbərlər

Bütün xəbərlər