Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

NOSTRİFİKASİYA nədir?

NOSTRİFİKASİYA nədir?

Rəsmi desək, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”. Bəs bu nə deməkdir?

Diplomun Tanınması, Lissabon Konvensiyası, 64 nömrəli Nazirlər Kabinetinin qərarı və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. İlk növbədə, ərizəçilərin sənədləri qəbul olunur, düzgünlüyü yoxlanılır, daha sonra ekspertiza çərçivəsində xarici diplomların Azərbaycanda ali təhsil üzrə dövlət standartlarına uyğunluğu araşdırılır, yəni təhsilin məzmunu, keyfiyyəti, dərs saatları və s. Bütün bu məlumatlar əsasında yekun qərar qəbul edilir.

Qeyd edək ki, 2014-cü ildən etibarən yuxarıda göstərilən bütün bu proseslər elektron ərizə sistemi üzərindən həyata keçirilir. Sənədlərin qəbulundan tutmuş yekun qərarın verilməsinə qədər sıfır təmas prinsipi tətbiq olunur.

Diplomu tanınan universitetlər
Burada əsas sual diplomun “Azərbaycanda tanınmasını əvvəlcədən necə müəyyən etmək olar” sualıdır. Bu məqam böyük əhəmiyyət kəsb edir. Belə ki, ali təhsil müəssisəsi öz ölkəsində tanınmırsa, lisenziyası və ya akkreditasiyası yoxdursa, təhsil müəssisəsinin verdiyin diplom heç bir ölkədə tanınmayacaq. Ona görə valideynlərə, tələbələrə və təhsil alanlara tövsiyə olunur ki, xaricdə oxuyacağı təhsil müəssisəsini seçməzdən əvvəl universitetin statusu barədə hərtərəfli araşdırma aparsınlar və dəqiqləşdirsinlər.

İşə qəbulda diplomun tanınması
Bunu nəzə almaq lazımdır ki, xarici diplomların tanınması icbari deyil. Əgər işə qəbul zamanı işəgötürən tanınma haqqında şəhadətnamə tələb edirsə buna ehtiyac yaranır. Bu halda isə rəsmi veb saytı üzərindən diplomların tanınması barədə müraciət edə bilərsiniz. Əgər bu müraciət müsbət olaraq qiymətləndirilirsə və şəhadətnamə təqdim edildisə bu artıq tanınmadır. Bununla da həmin diplom sahibi Azərbaycan Respublikasında ali təhsillərini davam etdirmək və ya peşə istiqamətlərinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.

Tanınma nəqədər zaman alır?
Tanınma 30 iş günü müddətində həyata keçirilir. Bəzi hallarda tanınma daha uzun müddət çəkə bilir. Buna səbəb həmin ərizənin tanınması üçün əlavə məlumatların, sənədlərin tələb olunması zərurətindən irəli gəlir.

Tanınma ilə bağlı xidmət haqqı ilk illərdə 15 manat təşkil edirdisədə, Nazirlər Kabinetinin 507 saylı qərarı ilə Sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üçün artıq 250 manat dəyərində müəyyənləşdirilib.

Əgər vətəndaşlar və ya ərizəçilər tanınma barədə qərarlardan narazı olarlarsa, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün ərzində məhkəməyə şikayət edə bilərlər. Qanunvericiliyə yaxın gələcəkdə əlavə və dəyişikliklərdən sonra ərizəçilərin məhkəmə ilə yanaşı, appelyasiya komissiyasına müraciət etmək hüququ da yaranacaq.

Oxşar xəbərlər

Bütün xəbərlər