Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib

BDU-da “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda Respublika elmi konfransı keçirilib.

BDU-dan "tehsilmedia.info"a bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, BDU-nun Elmi Şurasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı qəbul olunub. Plana uyğun olaraq konfranslar, seminarlar, sərgilər, bilik, idman yarışları və digər tədbirlər təşkil olunur: "Bu baxımdan bugünkü konfransın keçirilməsi də təqdirəlayiqdir. Çünki Ulu Öndərimiz Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində kitabxana işinə, kitab mədəniyyətinə yüksək qiymət verib, bu sahənin inkişafı üçün mühüm addımlar atıb. Bu gün isə həmin siyasət Ümummilli Liderimizin layiqli davamçısı, Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir”.

Konfransın plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, professor Məmməd Əliyev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin professoru Xəlil İsmayılov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, AMEA-nın "Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevaya, İnformasiya və sənəd menecmenti fakültəsinin elmi işlər üzrə dekan müavini Zahidə Rzayeva çıxış ediblər. Natiqlər Ulu Öndərin kitabxana quruculuğu, kitab mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsininin inkişafındakı tarixi xidmətlərini faktlarla diqqətə çatdırıblar.

Çıxışlarda xüsusi qeyd olunub ki, bu gün kitabxana-informasiya fəaliyyəti sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdən biri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağımızda dağıdılmış kitabxana infrastrukturunun bərpasında iştirak etməkdir.

İclasda Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan plenar məruzə ilə çıxış edib. Plenar iclasın sonunda İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxış edərək tədbirin yüksək səviyyədə təşkilatçılığı üçün BDU rəhbərliyinə, qonaqlara, iştirakçılara fakültənin kollektivi və tələbələri adından minnətdarlığını bildirib.

Konfrans işini bölmə iclaslarında davam etdirib.

Oxşar xəbərlər

Bütün xəbərlər