Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlini qoyublar

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlini qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 2-də Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

tehsilmedia.info xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verdi.

Mərkəzin binasının birinci mərtəbəsində kafe, kinozal, kitabxana, 637 yerlik konsert və iki rəqs zalının yaradılması nəzərdə tutulur. İkinci mərtəbədə isə inzibati otaqlar olacaq. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər və müdir otaqları yaradılacaq, ərazisində isə min kvadratmetrlik açıq amfiteatr inşa ediləcək.

Qeyd edək ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Son illərdə muğam müsabiqələrinin keçirilməsi bu əvəzsiz sənət incisinin yaşadılması istiqamətində mühüm hadisə kimi tarixə düşüb. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlini qoydular.

Oxşar xəbərlər

Bütün xəbərlər