Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun təlimləri keçirilib

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun təlimləri keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutunun benefisiar olduğu “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində yaradılmış “Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun 20-21 noyabr və 4-5 dekabr tarixlərində dördüncü və beşinci təlim görüşləri baş tutub.

tehsilmedia.info xəbər verir ki, bu barədə Təhsil İnstitundan məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd diaqnostik qiymətləndirmə, özünüqiymətləndirmə və yoldaş qiymətləndirməsini araşdırmaq, sözügedən qiymətləndirmə üzrə “Milli Çərçivə Sənədi”ni nəzərdən keçirmək, yekunlaşdırmaq və təsdiq etmək olub. Bununla yanaşı, müəllimlər, valideynlər və şagirdlər üçün məktəbdaxili qiymətləndirmə (MDQ) üzrə təlimatları, o cümlədən lüğəti nəzərdən keçirtmək, yekunlaşdırmaq və təsdiq etmək də təlimin əsas istiqamətlərindən biri olub.

Təlimdə spiker qismində Maya Yukiç çıxış edib. 20-21 noyabr tarixlərində keçirilən təlim zamanı iştirakçılar şagirdlərin qiymətləndirilməsi üzrə Milli Çərçivə layihəsinin müzakirəsi, müəllimlər üçün MDQ üzrə təlimat layihəsinin müzakirəsi, valideynlər və şagirdlər üçün MDQ üzrə təlimat sənədinin müzakirəsini aparıb və təkliflər irəli sürüblər.

Təlimin sonunda iştirakçılar imtahan texnologiyasının müxtəlif aspektləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda yeni siyasət sənədlərinin hazırlanmasında iştirak edərək müasir yanaşmanın tətbiq edilməsi ilə bağlı ətraflı məlumat əldə ediblər.

4-5 dekabr tarixlərində keçirilən təlim görüşlərinin əsas məqsədi isə imtahan texnologiyası ilə daha yaxından tanış olmaq (imtahan növləri, imtahan qaydaları, müxtəlif imtahan texnologiyalarının üstünlükləri və çatışmazlıqları, müxtəlif qiymətləndirmə alətləri və texnologiyaları, qiymətləndirmə prosesini təkmilləşdirmək və vaxtında rəy vermək üçün texnologiyadan necə istifadə etmək və s.), imtahanın hazırlanması mərhələlərini (struktur və layihənin hazırlanması) və digər imtahan materiallarının hazırlanması qaydalarını təhlil etmək, 2024-2025-ci il “Milli qiymətləndirmə”nin imtahan strukturunu və imtahan layihəsinin bir hissəsinin layihələndirilməsindən ibarət olub.

Təlimdə spiker qismində Maya Yukiç və Srdcan Verbiç çıxış ediblər. Sözügedən tarixlərdə keçirilən təlimlər zamanı iştirakçılar imtahan texnologiyaları, imtahan strukturu, imtahan layihəsinin hazırlanması üzrə qrup işləri görmüşlər. O cümlədən təlimlər zamanı iştirakçılar imtahan texnologiyasının müxtəlif aspektləri haqqında beynəlxalq təcrübənin öyrənilməsi, eyni zamanda yeni siyasət sənədlərinin hazırlanmasında iştirak edərək müasir yanaşma ilə daha yaxından tanış olublar.

Qeyd edək ki, sözügedən işçi qrupunda 35 nəfər iştirak edir.

Oxşar xəbərlər

Bütün xəbərlər