Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu ilə əlaqələr qurulur - FOTO

Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu ilə əlaqələr qurulur - FOTO

Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsi Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun nümayəndələri Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

tehsilmedia.info xəbər verir ki, görüşdə Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun baş elmi işçisi, professor Baxıtjan Saterşinov və qurumun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aykərim Altayqızı, “İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib, Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə İnstitut arasında ikitərəfli protokollar, memorandumlar imzalanıb.

Rektor Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin iki tələbəsinin 2021-2022-ci tədris ilində təhsilini Azərbaycan İlahiyyat İnstitutunda davam etdirdiyini də diqqətə çatdırıb. O bildirib ki, bir semestr davam edən tədris ingilis dilində aparılıb. A.Şirinov dərslərin öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən keçirildiyi əlavə edib.

Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun baş elmi işçisi, professor Baxıtjan Saterşinov və qurumun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aykərim Altayqızı təmsil etdikləri müəssisə haqqında geniş məlumat veriblər. Onlar iki müəssisə arasında həyata keçirilə biləcək layihələr barədə söhbət açıblar.

Görüşdə elmi-tədqiqat sahəsində əməkdaşlığın həyata keçirilməsi, məqalələrin çapı, birgə elmi seminar və konfransların təşkili barədə müzakirələr aparılıb.

Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu ilə əlaqələr qurulur - FOTO

Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu ilə əlaqələr qurulur - FOTO

Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu ilə əlaqələr qurulur - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər