Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Əcnəbilər Azərbaycan təhsilini niyə seçmir? – “Heç özümüz ana dilində dərslik tapmırıq…”

Əcnəbilər Azərbaycan təhsilini niyə seçmir? – “Heç özümüz ana dilində dərslik tapmırıq…”

Gənclər əvvəlki illərlə müqayisədə ali təhsil almaq üçün xarici ölkələrə daha çox üz tutur. Vətəndaşlarımız xarici ölkələrə üz tutsa da, statistika onu göstərir ki, əcnəbilərin Azərbaycan universitetlərində təhsil alma faizi aşağıdır.

Maraqlıdır, əcnəbilərin Azərbaycan univeristetlərinə cəlb olunması üçün hansı addımlar atılmalıdır? Bu mövzuda dövlət və universitetlərin rolu nə qədərdir?
Deputat Ceyhun Məmmədov mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.

Deputat bildirib ki, bu gün Azərbaycanda əcnəbi tələbələrin cəlbi üçün heç bir ciddi addım atılmır: “Faktiki olaraq bu sahədə hər hansısa ciddi işlərin getdiyini söyləyə bilmərik. Bu istiqamətdə universitetlərin öhtəliyinə böyük məsuliyyət düşür. Əsas problemlərdən biri kimi yataqxanaların olmamağını göstərə bilərik. Hələ də bir çox universitetlərin yataqxanası yoxdur”.

C.Məmmədov qeyd edib ki, bir çox universitetlərdə ingilis dilli proqramlar yoxdur: “Universitetlərin rəsmi səhifələrində belə ingiliscə kifayət qədər məlumat rast gəlmirik. Bununla yanaşı xarici dildə kitablar da demək olar ki, yox səviyyəsindədir”.

“Azərbaycanda təhsil alan əcnəbilərin çoxu onlara olan münasibətdən narazıdır”: “Bəzi universitetlərdə təhsil alan əcnəbi tələbələr ayrı-seçkiliyə məruz qaldıqlarını və buna görə də narazı olduqlarını bildirir. Bu kimi problemlərin mövcud olduğu müddətdə hər hansı əcnəbi tələbənin Azərbaycana təhsil almaq üçün gəlməyi gözlənilmir. Gələn gənclərin bir hissəsi ölkələrində müvəffəqiyyət əldə edə bilməyənlərdir”.

Deputatın sözlərinə görə Sovet dövründə təhsil almaq üçün vətəndaşlar ayrı-ayrı ölkələrdən gəlirdi: “Sovet dövründə Azərbaycanın çox böyük potensialı var idi. 10 minlərlə tələbə oxumaq üçün bizim ölkəni seçirdi. İndi isə əlimizdə olan məlumata əsasən Azərbaycan universitetlərində 7000-ə yaxın əcnəbi təhsil alır.

Millət vəkili sözügedən problemlərin həlli yollarına nəzər salıb: “Əcnəbilərin cəlb olunması üçün əvvəlcə dövlət universitetlərinə ciddi tapşırıq və nəzarət olmalı, daha sonra ingilis dilində tədris proqramları işlənməli, yataqxanalar müasir strukturda qurulmalıdır. Xarici vətəndaş dil bilmirsə nəyə görə Azərbaycanca təhsil almalıdır? Xarici vətəndaş universitetin rəsmi saytına daxil olub, orada dərs prosesi, təlim-tədris barədə ingiliscə tam məlumat əldə edə bilmirsə, o, seçim üçün Azərbaycana üz tutmayacaq. Sistemi bu cür qursaq, ölkəmizdə təhsil almağa maraq yarana bilər. Bu məsələlər həll olunmadan əcnəbilərin ölkəmizdə təhsil almağını gözləyə bilmərik. Ölkəmizdə bu sahədə potensial olsa da, lazımi şəkildə istifadə edə bilmirik”.

C.Məmmədov bildirib ki, bu gün tələbələr öz ana dilimizdə dərslik tapa bilmir, nəinki xarici dillərdə tapsın: “Təhsil ən surətli inkişaf edən sahələrdən biridir. Universitet daxilində laboratoriyalar, müasir innovasiyalar, texnologiyalar olmalıdır. Ancaq hələ də tələbələr Azərbaycan dilində mövzunu əhatə edən dərsliklər tapmırlarsa, əcnəbilər burada necə oxusun? İngilis dilini tədris edəcək müəllim bazası yoxdur. Bu istiqamətlərdə hələ ki, irəliləyiş yoxdur. İnanırıq ki, Elm və Təhsil Nazirliyi bu istiqamətlərdə addımlar ataraq prosesə öz tövhəsini verməyə çalışacaq”.

Oxşar xəbərlər

Bütün xəbərlər