Xəbər lentiwidget-title-icon

Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?

MDU Ukraynada beynəlxalq konfransda təmsil olunub - FOTO

Aprelin 25-də Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) evsahibliyi ilə "Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə "tehsilmedia.info"a MDU-dan bildirilib.

Beynəlxalq konfransa Ukraynadan Təhsil və Elm Nazirliyi, KNUTD, Erasmus+ proqramının Milli Ofisi, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu, Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi, Azərbaycandan Mingəçevir Dövlət Universiteti (MDU), İtaliyadan Floggia Universiteti, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Polşadan Lomza Beynəlxalq Tətbiqi Elmlər Akademiyası və Gürcüstandan Akaki Tsereteli Dövlət Universiteti təşkilatçılıq edib. Konfransda Ukrayna, Azərbaycan, İtaliya, Latviya, Estoniya, Polşa, Gürcüstan və Çexiyadan olan 280-dən çox akademik heyət üzvləri, doktorantlar və magistrantlar iştirak ediblər.

Konfransın açılışında KNUTD rektoru İvan Qrişenko, MDU-nun rektoru Şahin Bayramov, Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin prorektoru Nellija Titova və digər ölkələrdən olan tərəfdaş universitetlərin rəhbər əməkdaşları, sahə ekspertləri və beynəlxalq layihələr üzrə milli koordinatorlar çıxış ediblər. Çıxışlarda beynəlxalq konransın mövzusunun aktuallığından bəhs edilib, təhsil, tədqiqat, innovasiya və sosial fəaliyyətləri ilə universitetlərin dayanıqlı inkişafa və iqtisadi artıma töhfə baxımından rolu yüksək dəyərləndirilib, ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının gücləndirilməsinin, xüsusən də təhsilin beynəlmiləlləşdirilməsi, layihə fəaliyyətinin inkişafı və beynəlxalq akademik mobillilik sahəsində işlərin intensivləşdirilməsinin önəmi diqqətə çatdırılıb.

Birgə elmi tədbirin əhəmiyyətini vurğulayan MDU-nun rektoru Ş.Bayramov universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, universitetlərin Erasmus+ layihəsi çərçivəsində də tərəfdaşlıq etmələri elm, təhsil və innovasiyaların inkişafı sahəsində onların geniş əməkdaşlığına, dəstəyinə və ümumi vektorlarının olmasına dəlalət edir. Rektor konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr və uğurlar arzulayıb.

Sonra konfrans işini onlayn formatda 5 bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında davamlı inkişaf, maliyyə sabitliyi, rəqəmsallaşma, inklüziv inkişaf, sahibkarlıq və marketinq təhsili, müasir rəqabətqabiliyyətli idarəetmə, rəqəmsal təhsil texnologiyaları və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU və KNUTD arasında əməkdaşlığın əsası 2021-ci ilin oktyabrında hər iki universitetin rektorları tərəfindən əməkdaşlıq memorandumunun imzalanması ilə qoyulub. Memorandumda tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətlər əksini tapıb.

Oxşar xəbərlər

Bütün xəbərlər