Xəbər lentiwidget-title-icon

5 OKTYABR — MÜƏLLİMİN GÜNÜDÜR, BƏS MÜƏLLİMİN ÖMRÜ KİMİNDİR?..
Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ

Sankt-Peterburqda Şuşanın mədəniyyət kodu təqdim edilib

Sankt-Peterburqda Şuşanın mədəniyyət kodu təqdim edilib

Sankt-Peterburqda “Mədəniyyət kodu Şuşa” lonqridinin təqdimatı keçirilib. 2023-cü ildə Türk dünyasının mədəni paytaxtı seçilən Şuşanın Rusiyanın mədəni paytaxtı Sankt- Peterburqda təqdimatı Şuşanın mədəni-mənəvi məzmun və əhəmiyyətinin Rusiya ictimaiyyətinə çatdırılması baxımından zəruridir.

tehsilmedia.info xəbər verir ki, təqdimat Əlimərdan bəy Topçubaşov adına “Rus-Azərbaycan mədəni-humanitar mərkəzi” tərəfindən təşkil edilib. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Türkiyənin konsulu Erkan Dəmirqoparan, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitriy Solonnikov, Rusiyanın Xalq artisti Sergey Novojilov iştirak ediblər.

Layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qeyd edib ki, “codeshisha.com” sadə sayt deyil. Bu, Azərbaycan üçün tam yeni media məhsulu olan lonqriddir. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Müəllif vurğulayıb ki, Pənahəli xanın xoşbəxt şəhər konsepsiyası, onu ilhamlandıran möhtəşəm dağlarda həkk olunmuş qədim türkün izi, Ağabəyim Ağanın, Gövhər Ağanın, Xurşidbanu Natəvanın timsalında mütərəqqi şərq qadını obrazı, gözəl, əsrarəngiz və sirli Şuşanın ədəbi mühiti, musiqi təmtərağı və bir çox maraqlı faktlar Şuşanın mədəniyyət kodunu təşkil edən amillər kimi lonqriddə orijinal formatda əks olunur.
Lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı xarıbülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir.
Bu platformada internetdə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən Alban kilsələrinin interaktiv xəritəsi, Şuşa məhəllələri xəritəsi, şuşalı musiqiçilərin 10 qızıl şəcərəsi infoqrafikası təqdim olunur.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən hazırlanıb və onun ilk təqdimatı ötən il İsveç Krallığında keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər