Xəbər lentiwidget-title-icon

Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?

“Xəmsə möcüzəsi” I beynəlxalq incəsənət müsabiqə-festivalının yekun tədbiri - FOTO

Türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən "Xəmsə möcüzəsi” adlı I beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının yekun tədbiri baş tutub.

tehsilmedia.info xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanalıyev, Türkmənistanın Azərbaycandakı konsulu Sultan Akilov, Özbəkistanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Ramazan Otabek, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək müsabiqə-festivalın maraqlı və əhəmiyyətli mövzuya həsr olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Nazir müavini bildirib ki, Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının, bəşəriyyətin böyük şair və mütəfəkkiridir. Firudin Qurbanov bu gün ölkəmizin təhsil müəssisələrində Nizami irsinin layiqincə tədris edildiyini, onun irsinin milli və bəşəri ideyalarının geniş şəkildə öyrədildiyini vurğulayıb.

Dahi şair Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini diqqətə çatdıran Firudin Qurbanov əlavə edib ki, 1981-ci ildə ulu öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimi ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. Nazir müavini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.

Sonda Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı türkdilli dövlətlər arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Sonra qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Sonda türkdilli xalqların rəqsləri nümayiş edilib, müsabiqə-festivala qatılan qaliblərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, müsabiqə-festival Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17) keçirilib. Müsabiqə-festivala Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğız və Özbəkistan Respublikasından ümumilikdə 2000-ə yaxın məktəbli qatılıb. Müsabiqənin nəticələrinə əsasən 2 yaş qrupu üzrə 28 nəfər I,  21 nəfər II, 22 nəfər III və 68 nəfər həvəsləndirici yerlərə layiq görülüb.

Oxşar xəbərlər

Bütün xəbərlər