Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 20-23 aprel tarixlərində Daşkənd şəhərində Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi, Daşkənd Dövlət Nəqliyyat Universiteti və Dəmir Yolu Nəqliyyatı Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Dəmiryolu Nəqliyyatı: problemlər, həlli yolları, perspektivləri” (Вторая Международная Научно-Техническая Конференция Железнодорожный Подвижной Состав: проблемы, решения, перспективы) adlı 2-ci beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

Bu barədə "tehsilmedia.info"a institutdan bildirilib.

Konfransın açılış mərasimində çıxış edən akademik Əli Abbasov Azərbaycan və Özbəkistan arasında sıx elmi və mədəni əlaqələrin olmasını qeyd edərək bu istiqamətdə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə rəhbərlik etdiyi elmi müəssisə arasında həyata keçirilən ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edib. Müasir dövrdə nəqliyyat dəhlizlərinin əhəmiyyətindən danışan akademik 24-26 may 2023-cü il tarixlərində Bakı şəhərində hibrid formada keçiriləcək Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 2-ci beynəlxalq konfrans (PLMO 2023) barədə məlumat verib. Sözügedən elmi müəssisələrin birgə ərsəyə gətirdiyi "Milli Rəqəmsal Logistika platforması” layihəsindən söz açan Əli Abbasov konfransa öz işində müvəffəqiyyətlər arzulayıb.

Konfransın plenar iclasında Tofiq Babayev "CAREC ölkələrində nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasına müasir yanaşmalar” (Современные подходы к цифровизации транспортных коридоров в странах CAREC Ali Abbasov, Tofig Babayev, Valery Virkovski, Rustam Rahimov) mövzusunda çıxış edib. T.Babayevin, həmçinin Özbəkistan dövlət televiziyasına müsahibəsi baş tutub.

Konfrans çərçivəsində akademik Ə.Abbasov və Özbəkistanın Nəqliyyat nazirinin müavini cənab Corıyev Jasurbek arasında İSİ və Daşkənd Nəqliyyat Universitetinin birgə hazırladığı "Milli Rəqəmsal Logistika platforması” layihəsi ətrafında fikir mübadiləsi aparılıb. C.Jasurbek sözügedən layihə ilə əlaqədar əməkdaşlığın vacibliyini qeyd edərək təmsil etdiyi müəssisənin İSİ ilə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu qeyd edib.

Bundan əlavə, konfransın işində iştirak edən və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və rəqəmsallaşdırılması problemləri ilə məşğul olan müxtəlif ölkələrin 10-dan çox elmi-tədqiqat təşkilatlarının nümayəndələrilə əməkdaşlıq barədə görüşlər keçirilib.

Konfransın növbəti günü seksiya iclasında T.Babayev Horizon Avropa nəqliyyat dəhlizlərində iştirak etmək imkanları barədə çıxış edib. O, müxtəlif yerli və xarici institut və təşkilatların nümayəndələrilə görüşlər keçirərək ikitərəfli elmi əməkdaşlıq barədə müzakirələrdə iştirak edib.

Qeyd edək ki, 14 xarici ölkədən 150-dən çox tədqiqatçının iştirak etdiyi konfransın iştirakçıları Daşkənd və Buxaranın görməli yerləri ilə tanış olublar.

Oxşar xəbərlər

Bütün xəbərlər