Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Şərqşünaslıq İnstitutunda yarımillik hesabat iclası keçirilib

Şərqşünaslıq İnstitutunda yarımillik hesabat iclası keçirilib

İyunun 14-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2023-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

Bu barədə "tehsilmedia.info"a institutdan məlumat verilib.

Bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2023-cü ilin birinci yarısındakı fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Hesabatda 2023-ci ilin birinci yarısında institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları qeyd edilib.

İlk olaraq Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb.

Daha sonra hesabat dövründə institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Bildirilib ki cari ilin birinci yarısında 1 kitab çap edilib, 18 kitab çapdadır.

Cari yarımildə institut əməkdaşlarının ölkə daxilində 51 məqalə, 10 tezisi, xaricdə isə 11 məqalə və 8 tezisi çap olunub. Hesabat dövründə institutun əməkdaşları ölkədə keçirilən 18 respublika və 11 beynəlxalq səviyyəli elmi konfranslarda iştirak ediblər. İnstitutun 16 əməkdaşı isə xaricdə (Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, Hollandiya, Braziliya, Yaponiya, Ukrayna, Rusiya, Fransa, İraq, Pakistan, Tunis, Avstriya, Mərakeş, Misir) keçirilən beynəlxalq konfranslarda iştirak edib.

Hesabat dövründə institutda xarici ölkələrdən gəlmiş elm nümayəndələri ilə görüşlər, keçirilən tədbirlər, tətbiq olunmuş elmi nəticələr, elektron elmin vəziyyəti, kadr hazırlığı barədə də ətraflı məlumat verilib. Şöbə müdirləri 6 aydakı elmi fəaliyyət barədə məlumat veriblər.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2023-cü ilin birinci yarısındakı fəaliyyətini müsbət qiymətləndirib.

Oxşar xəbərlər

Bütün xəbərlər