Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-da “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə "tehsilmedia.info"a AMEA-dan bildirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. O, "Heydər Əliyev İli” çərçivəsində AMEA-nın institutlarında və regionlarda keçirilən və nəzərdə tutulan tədbirlər və nəşr ediləcək elmi əsərlər barədə məlumat verib. Bildirib ki, Akademiyada Ümummilli Liderə həsr olunan silsilər tədbirlər davam etdirilir. Mayın 1-də isə Heydər Əliyevə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının təşkili nəzərdə tutulub. Akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevə həsr olunan həmin zirvə tədbirində AMEA ilə strateji tərəfdaş olan ölkələrin Elmlər Akademiyalarının rəhbərlərinin də iştirak edəcəyini diqqətə çatdırıb.

"Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun fəaliyyətinin hər bir sahəsinin xüsusi öyrənilməsinə, geniş tədqiq olunmasına və xalqa yenidən elmi əsaslarla çatdırılmasına ehtiyac var”, - deyə bildirən AMEA rəhbəri "Heydər Əliyev İli” çərçivəsində Akademiya tərəfindən 21 nəşrin çap olunacağını və bunun Azərbaycan HeydərƏliyevşünaslığına AMEA-nın sanballı töhfəsi olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli artıq 4 kitabın işıq üzü gördüyünü, digər nəşrlərin isə çapa hazırlanma mərhələsində olduğunu söyləyib.

Çapı nəzərdə tutulan nəşrlərdən birinin də Memarlıq və İncəsənət İnstitutu tərəfindən ingiliscə hazırlanan "Heydər Əliyev və Azərbaycan incəsənəti” kitabı olduğunu deyən AMEA prezidenti dövlət əhəmiyyətli nəşrlər sırasında yer alacaq bu kitab vasitəsilə Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinin dünyada təbliğ olunacağını vurğulayıb.   

Akademik İsa Həbibbəyli qeyd edib ki, yeni kitablarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin elmi araşdırma dövrü davam edir və paralel şəkildə sistemli elmi analitik dövrü başlayır. Onun sözlərinə görə, tədqiqatlar sistemli elmi analitik sənədlər əsasında yazılmış qiymətli nəşrlərdir. 

"Ümummilli Lider ədəbiyyata və incəsənətə dərindən bələd olan nadir dövlət xadimlərindən biridir. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub”, - deyən alim bildirib ki, Heydər Əliyev sovet hakimiyyəti illərində ədəbiyyat, incəsənət, mədəniyyət vasitəsilə xalqın milli şuürunu oyatmaq, ona öz keçmişini tanıtmaq, azərbaycançılıq ideyasına hazırlamaq işini həyata keçirmişdir. Dahi şəxsiyyət bu əsərlər vasitəsilə xalqı gələcək müstəqilliyə, milli istiqlala hazırlamışdır. Akademik İsa Həbibbəyli bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışının sonunda AMEA rəhbəri qeyd edib ki, konfransda səsləndirilən fikirlər, aparılan müzakirələr bugünə qədərki tədqiqatları, Ulu Öndərin keçdiyi yolu bir növ yekunlaşdırır və bundan sonrakı dövrün sistemli elmi tədqiqatlar mərhələsinin başlanğıcı modellərini ortaya qoyur.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə "Heydər Əliyevə həsr olunmuş yeni rəngkarlıq əsərləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Ümummilli Liderin müasir Azərbaycanın rəngkarlıq məktəbinin formalaşmasında əvəzsiz rolu olub. Dahi şəxsiyyətin obrazı azərbaycanlı və xarici rəssamlar tərəfindən dekorativ-tətbiqi sənətin müxtəlif növ və janrlarında işlənilib. Ulu Öndər Heydər Əliyevin obrazını yaradan sənətkarlardan Tahir Salahov, akademik Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə və digərlərinin möhtəşəm rəsm əsərləri yaddaşlara yazılıb.

Ərtəgin Salamzadənin sözlərinə görə, monumental incəsənət, heykəltaraşlıq, qrafika və xalça sənətində Heydər Əliyev şəxsiyyətinin bütün zənginliyini ehtiva edən əsərlər yaradılıb. Bu əsərlərin hər biri Ümummilli Liderin bədii obrazını yeni təcəssüm formalarında əks etdirir.

Konfransda kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun "Azərbaycan mədəniyyətində Heydər Əliyev fenomeni”, professor Rəna Abdullayevanın "İlham Əliyev Heydər Əliyevin mədəni siyasətinin varisidir”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin "Təsviri sənətdə Heydər Əliyev obrazının simvolik təcəssümü” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aidə Sadıqovanın "Azərbaycan xalçaçı-rəssamlarının yaradıcılığında Ümummili Liderin obrazı” mövzusunda məruzələri dinlənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər