Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO

Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinin və universitetin rəhbər şəxslərinin, professor-müəllim heyətinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşlarının, mediatorlar, sosial işçilər və psixoloqların iştirakı ilə seminar keçirilib. Azərbaycan Universiteti ilə Probasiya xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində təşkil edilmiş seminarın məqsədi probasiya sahəsində aparılan islahatlar, probasiya fəaliyyətində çoxsahəli yanaşmanın tətbiqi, o cümlədən probasiya nəzarətində olan şəxslərin sosial müdafiəsi, məşğulluq imkanlarının artırılması, zərərçəkmişlə məhkum arasında bərpaedici ədliyyə üzrə görülən tədbirlər barədə məlumat vermək olub.

Tehsilmedia.org xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə Probasiya xidmətinin rəisi Vüqar Ağayev arasında görüş keçirilib. Görüşdə 2024-cü ildə tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası çərçivəsində görülmüş işlər, qarşıda duran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov və rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak ediblər.

Seminarda Probasiya xidmətinin rəisi Vüqar Ağayev, Probasiya xidmətinin Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov, Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Elşən Kərimli və Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış ediblər. Çıxışlarda probasiya fəaliyyətinin praktiki əsasları, probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji vəziyyətinin yaxşılaşdırılması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, bu tədbirlərin yeni cinayət törətmə riskinin azaldılmasında rolu barədə məlumat verilib, prosesə könüllülərin cəlb edilməsinin təşviqi, təhsil alanların Probasiya xidmətində təcrübə keçmələrinin təşkilinin zəruriliyi qeyd olunub. Həmçinin peşəkar kadr hazırlığında ali təhsil müəssisələri ilə müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanmasında və gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rolu vurğulanıb.

Oxşar xəbərlər

Bütün xəbərlər