Xəbər lentiwidget-title-icon

9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Xaricdə təhsil alanlar üçün imtahan keçiriləcək

Martın 17-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Modern.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Peşə tanınması üzrə növbəti imtahan 17 mart 2026-cı il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərir. Belə ki, hər səhv cavaba görə ümumi baldan 0.25 bal çıxılacaq.

Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Oxşar xəbərlər

Bütün xəbərlər