Xəbər lentiwidget-title-icon

Bağçadan başlayan dəyişiklik: Təhsilin ən vacib mərhələsinə yeni baxış
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib

Səriştəsiz müəllimləri kimlər və harada hazırlayıb?..-Konseptual sual...

Mən müəllimdən yüksək ad tanımıram...” -Heydər Əliyev

“Müəllimi nüfuzdan salan cəmiyyət, əslində, öz gələcəyini zəiflədir və böyük təhlükə altında qoyur...”

“Müəllimlər kosmosdan gəlmir. Onlar rəsmi ali təhsil müəssisələrinin məzunlarıdır, dövlətin müəyyən etdiyi kurikulumla oxuyublar, dövlətin qurduğu sertifikasiya və qiymətləndirmə mexanizmlərindən keçiblər, dövlətin yaratdığı əmək və sosial mühitdə çalışırlar. Deməli, problem...”

Çağdaş Azərbaycan cəmiyyəti və özəlliklə təhsilimiz, bugünkü müəllimlərin, pedaqoqların taleyi uşaq və gənclərimizin gələcəyi üçün həddindən artıq aktuallığını və vacibliyini nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Müəllim nüfuzu” adlı analitik məqaləsini dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq: “Müəllim nüfuzunun zəifləməsi yalnız pedaqoji problem deyil. Bu, cəmiyyətin intellektual səviyyəsinə, dövlətin strateji davamlılığına və gələcək nəsillərin keyfiyyətinə təsir edən sistemli böhrandır. Müəllimi nüfuzdan salan cəmiyyət, əslində, öz gələcəyini zəiflədir və böyük təhlükə altında qoyur...

Son illərdə müəllimlərlə bağlı ictimai diskursda müşahidə etdiyimiz tendensiya düşündürücüdür: müəllim ya “problemin mənbəyi”, ya da “ictimai qınağın obyekti” kimi təqdim olunur. Halbuki sual daha dərindir: bu müəllimləri kim yetişdirib, hansı təhsil sistemi formalaşdırıb və hansı idarəetmə mexanizmləri bu nəticəyə gətirib çıxarıb?..

Problemin kökü: fərdlər yox, təhsil sistemidir...

Bu gün tez-tez “minlərlə səriştəsiz müəllim” ifadəsi səsləndirilir. Lakin burada əsas sual budur: Azərbaycandakı səriştəsiz müəllimləri kimlər və harada hazırlayıb?...

Müəllimlər kosmosdan gəlmir. Onlar rəsmi ali təhsil müəssisələrinin məzunlarıdır, dövlətin müəyyən etdiyi kurikulumla oxuyublar, dövlətin qurduğu sertifikasiya və qiymətləndirmə mexanizmlərindən keçiblər, dövlətin yaratdığı əmək və sosial mühitdə çalışırlar. Deməli, problem müəllimlərin fərdi keyfiyyətlərindən çox, təhsil sisteminin idarə olunması, kadr siyasəti və peşəkar inkişaf modelindədir..Müəllim nüfuzunun zəifləməsinin bir neçə əsas səbəbi var:

1. Hökumətin müəllimi açıq şəkildə müdafiə etməməsi.

Müəllim ictimai hücum qarşısında tək buraxıldı. Media qalmaqalları zamanı sistem müəllimin yanında dayanmadı…

2. Qiymətləndirmənin inkişaf yox, cəza alətinə çevrilməsi.Sertifikasiya və monitorinq müəllimi inkişaf etdirmədi, əksinə, qorxu mühitinə saldı...

3. İdarəetməyə pedaqoji yox, texnokrat yanaşma.

Təhsil canlı sistemdir, “Excel” cədvəli deyil.

İnsan amili nəzərə alınmadı…

4. Media–təhsil münasibətlərində etik çərçivənin olmaması.

Müəllim asan hədəfə çevrildi, müəllimlik peşəsi isə ictimai etibarını itirdi...
Bəs məsuliyyət haradadır?..

Bu sual açıq və dürüst cavab tələb edir. Məsuliyyət ayrı-ayrı müəllimlərin üzərində deyil, sinif otağında da deyil. Məsuliyyət təhsil siyasətini formalaşdıran, qərar qəbul edən və icra edən strukturların, təhsil menecerlərinin üzərindədir.

Müəllimi zəiflədən sistem, özünü də zəiflədir. Çünki müəllimsiz güclü təhsil, güclü təhsilsiz isə dayanıqlı dövlət mümkün deyil...

Müəllim nüfuzunu bərpa etmək üçün nə etməliyik?..

Təklif olunan yol xəritəsi:

1. Müəllimin dövlət səviyyəsində rəsmi müdafiəsi təmin edilməlidir.

Müəllim ictimai linç obyektinə çevrilməməlidir.

2. Qiymətləndirmə sistemi inkişafyönlü olmalıdır.

Sertifikasiya cəza mexanizmi yox, peşəkar inkişaf aləti kimi işləməlidir.

3. Müəllim üçün hüquqi və psixoloji müdafiə mexanizmləri yaradılmalıdır.

4. Məktəb rəhbərliyi pedaqoji liderliyə əsaslanmalıdır.Bu gün biz seçim qarşısındayıq: ya müəllimi zəiflədən sistemi qoruyacağıq, ya da müəllimi gücləndirərək təhsili və cəmiyyəti gücləndirəcəyik…
Direktor menecer yox, lider olmalıdır…

5. Media ilə etik əməkdaşlıq modeli qurulmalıdır.

Müəllim peşəsi sensasiya predmetinə çevrilməməlidir...

6. Müəllim hazırlığı sistemi köklü şəkildə yenilənməlidir.

Ali pedaqoji təhsil real məktəb ehtiyaclarına cavab verməlidir.

7. Müəllimin sosial statusu real addımlarla yüksəldilməlidir.

Təkcə maaş yox, ictimai hörmət də təmin olunmalıdır…

8. Peşəkar inkişaf fasiləsiz və məqsədli olmalıdır.

Formal kurslar yox, real bacarıq artımı hədəflənməlidir…

9. Müəllim cəmiyyətin mədəni simvolu kimi təqdim olunmalıdır.

10. Təhsil siyasətində müəllimlə dialoq bərpa edilməlidir.

Müəllim qərarların obyektinə yox, subyektinə çevrilməlidir…

Seçim anındayaıq…
Müəllim nüfuzunun bərpası nostalji məsələ deyil. Bu, strateji zərurətdir. Çünki müəllimi olmayan cəmiyyətin gələcəyi də olmur…

Dosent İlham Əhmədov”

Oxşar xəbərlər

Bütün xəbərlər