Xəbər lentiwidget-title-icon

"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır

MDU-da Natiq Qasımova həsr olunan voleybol çempionatı başa çatıb

2025-ci il 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə oğlanlar arasında fakültələrarası çempionatın final oyunu keçirilib.

AzEdu.az xəbər verir ki, universitetin İdman-Sağlamlıq Kompleksində keçirilən oyunda Milli Qəhrəmanın ailə üzvləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri, media və şəhər ictimaiyyətinin nümayəndələri, MDU-nun akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.

Öncə, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Tədbiri açılış nitqi ilə açan MDU-nun rektoru Anar Eminov Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat yolunun gənclər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. O, universitetdə tələbələrin hərtərəfli inkişafına xidmət edən idman mühitinin gücləndirildiyini diqqətə çatdıraraq qeyd edib ki, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığının artırılması və vətənpərvər ruhda yetişdirilməsi MDU-nun əsas prioritet istiqamətlərindəndir. Rektor çempionatın məhz Milli Qəhrəmanın xatirəsinə həsr olunmasının tələbələrdə milli ruhun möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev ölkəmizdə şəhidlərimizin adının daim uca tutulduğunu, gənc nəslin onların qəhrəmanlığına dərin ehtiramla böyüməsinin vacibliyini qeyd edib. O, bu kimi tədbirlərin gənclərdə həm fiziki hazırlığın, həm də mənəvi məsuliyyət hissinin formalaşmasına mühüm təsir göstərdiyini bildirib. Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək, qardaşı Natiq Qasımovun döyüş yolunun hər zaman gənclər üçün örnək olduğunu söyləyib. O, gənclərin belə yarışlarda bir araya gəlməsini həm yaddaşın yaşadılması, həm də milli dəyərlərin qorunması baxımından yüksək qiymətləndirib. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında regionda idman infrastrukturunun genişləndirilməsi, kütləvi idmanın təşviqi və gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışıb.

O, MDU-da idman fəaliyyətlərinin ardıcıl şəkildə həyata keçirilməsini müsbət qiymətləndirərək yarış iştirakçılarına uğurlar arzulayıb.Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova çıxışında gənclərin tərbiyəsində idmanın rolunu vurğulayaraq bildirib ki, gənclərin həm təhsildə, həm də idmanda fəallığının artırılması onların gələcək cəmiyyət üçün daha hazırlıqlı və sağlam fərdlər kimi formalaşmasına xidmət edir. O, şəhidlərimizin əziz xatirəsinə həsr olunan belə tədbirlərin məktəb–universitet–cəmiyyət əlaqələrinin gücləndirilməsində mühüm platforma yaratdığını qeyd edib. Gərgin və həyacanla keçən final oyununda Mühəndislik fakültəsinin III kurs tələbələrindən ibarət komanda I yerin, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələrindən ibarət komanda II yerin sahibi olub. Komandalar kubok və medallarla təltif olunublar.

Qeyd edək ki, MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin davam etdirilməsi, eləcə də tələbələr arasında sağlam həyat tərzinin və kütləvi idmanın daha geniş təbliği istiqamətində fəaliyyətlər ardıcıl şəkildə həyata keçiriləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər