Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

ADA Məktəbində IB Beynəlxalq Diplom Proqramının təqdimatı olub

ADA Universitetinin nəzdində 2019-cu ildən etibarən fəaliyyət göstərən ADA Məktəbi IB Beynəlxalq Diplom Proqramını tədris etmək hüququ qazanıb. ADA Məktəbində həmin proqramın təqdimat mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, təhsil işçilərinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal ADA Məktəbi, onun fəaliyyəti, məktəbdə tədrisin təşkili barədə danışıb.

"ADA Məktəbinin fəaliyyəti beş ildən az müddəti əhatə etsə də, əldə edilən uğurlar beş ilə sığmayacaq qədərdir. Məktəbimiz hər zaman beynəlxalq standartlara nail olmağa çalışıb.

IB Beynəlxalq Diplom Proqramı yeni nailiyyətlər üçün platforma və imkanlar təqdim edəcək. Proqram çərçivəsində Azərbaycan normalarına uyğunlaşdırılmış təhsil veriləcək və ölkəmiz üçün lazım olan fənlər də tədris olunacaq.

Beynəlxalq səviyyədə tanınan kurikulum əsasında təhsil şagirdlərimizə təkcə Azərbaycanda deyil, xarici universitetlərdə də rahatlıqla təhsil almaq imkanı verəcək”, - deyə prorektor Kazdal əlavə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva cəmiyyətin tərəqqisində elmin, təhsilin mühüm rolunu qeyd edib. O, ADA Universitetində təhsilə töhfə verən müxtəlif layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.

IB Beynəlxalq Diplom Proqramı ilə bağlı fikirlərini bildirən M.Vəliyeva deyib: "IB Beynəlxalq Diplom Proqramı müasir dünya üçün lazım olan bilikləri inkişaf etdirməyə imkan verir. Bu istiqamətli proqramlar təhsil sektorunda sistemin və dəyərlərin təkmilləşdirilməsində və yenilənməsində böyük əhəmiyyət kəsb edir. Bu Proqram ADA Məktəbində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi işinə fayda verəcək”.

Daha sonra ADA Məktəbinin Şagird qəbulu və qeydiyyatı şöbəsinin meneceri Leylaxanım Zeynalova Məktəbə qəbul şərtləri ilə bağlı çıxış edib.

IB Beynəlxalq Diplom Proqramının rəhbəri Samir Cavadov proqramın əsas üstünlüklərindən və şagirdlərin sosial bacarıqlarının inkişafını hansı formada dəstəkləyəcəyindən bəhs edib.

IB Proqramının koordinatoru Qədir Mikayılov interaktiv təqdimatla çıxış edərək proqramın yaradıcılıq, fəaliyyət, xidmət kimi elementlərinə və təməl gözləntilərinə toxunub.

Oxşar xəbərlər

Bütün xəbərlər