Xəbər lentiwidget-title-icon

AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib
25 milyonluq məktəb tender - Azərbaycan qiymətləri xarici nümunələrdən niyə bu qədər yüksəkdir?
Təhsil İdarəsindən məktəbdəki dava ilə bağlı AÇIQLAMA

DİM hamını Azərbaycan dili üzrə sınaq imtahanına ÇAĞIRDI

DİM hamını Azərbaycan dili üzrə sınaq imtahanına ÇAĞIRDI

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) bu yaxınlarda Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modelini təqdim edib. Bu modelə uyğun olaraq sınaq imtahanı keçiriləcək:

Bəs həmin imtahana kimlər cəlb olunur?

Modern.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, DİM ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının modelini hazırlayıb:

“Bu mühüm yeniliyin əsas məqsədi Azərbaycan dilinin beynəlxalq səviyyədə inkişafını təşviq etmək, onun tədrisini və istifadəsini genişləndirməkdir. Dünyada ingilis, alman, fransız, ispan, rus, ərəb, türk və s. dilləri bilmə səviyyəsini müəyyən edən beynəlxalq imtahanlar (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG və s.) mövcuddur. Azərbaycan dili üzrə Sertifikasiya İmtahanının da məqsədi dillər üzrə ÜmumAvropa Tövsiyə Çərçivə Sənədinə uyğun olaraq namizədlərə Azərbaycan dilini bilmə səviyyəsini (A1, A2, B1, B2, C1, C2) göstərən sertifikat təqdim etməkdir.

Dövlət İmtahan Mərkəzi bu prosesin səmərəli və düzgün həyata keçirilməsini təmin etmək üçün imtahanın onlayn platformasını hazırlayıb və sınaq mərhələsinin icrasına başlayıb. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və daha da təkmilləşdirməkdir. Bunun üçün müxtəlif sahələrdə təcrübəsi olan mütəxəssislərin, eləcə də Azərbaycan dilinin incəliklərini dərindən bilən şəxslərin rəy və tövsiyələrini öyrənmək məqsədilə ictimaiyyətə müraciət olunub.

Qeyd etmək istəyirik ki, bu imtahan Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub”.Məlumatda qeyd edilib ki, Azərbaycan dili üzrə Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun olaraq (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək:

“İmtahanın nəticəsinə uyğun olaraq namizədlərə müvafiq dil səviyyəsini (A1-C2) göstərən sertifikat təqdim ediləcək. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə edilə biləcək.

Azərbaycan dilinin inkişafı, qorunması və beynəlxalq səviyyədə tanıdılması hər birimizin vəzifəsidir. Dövlət İmtahan Mərkəzi bu istiqamətdə səylərini davam etdirir və hər kəsi ödənişsiz əsaslarla təşkil olunan sınaq imtahanında iştirak etməyə dəvət edir. Bu prosesə qoşulmaqla, siz də Azərbaycan dilinin inkişafına öz töhfənizi verə bilərsiniz!

İmtahanın sınaq versiyasında iştirak etmək istəyən hər kəs göstərilən link vasitəsilə qeydiyyatdan keçərək ödənişsiz olaraq imtahan verə bilər”.

Oxşar xəbərlər

Bütün xəbərlər