Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

II Bakı İdman Festivalı keçirilib

II Bakı İdman Festivalı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində II Bakı İdman Festivalı keçirilib.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev idmanın inkişafı istiqamətində atılan addımlardan, ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdırılmasından, təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının artmasından bəhs edib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən II Bakı İdman Festivalını yüksək qiymətləndirən nazir müşaviri Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan idman layihələrinə diqqət çəkib və bu kimi festivalların əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Nazir müavini müxtəlif idman növləri üzrə keçirilən yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən, ölkəmizin idman şərəfini layiqincə qoruyan şagirdlərin sayının və idmanın kütləviliyinin daha da artacağına əminliyini ifadə edib.Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov ölkəmizin dünyanın güclü idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan danışan F.Mansurov idmana marağın gücləndirilməsi məqsədilə məktəblilər arasında təşkil olunan belə festivalların faydalı olduğunu bildirib.

Qonaqlar idmanın müxtəlif növlərinə aid guşələrlə tanış olub, məktəblilərin çıxışlarını izləyiblər. Festival bədii-musiqili proqramla davam edib.

Oxşar xəbərlər

Bütün xəbərlər