Xəbər lentiwidget-title-icon

IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
9-cu sinifdən sonra kolleclərə qəbul ləğv edilə bilər
Uşaqların energetik içkilərə marağı artır: Nəzarət gücləndiriləcək
AMEA-nın strukturunda dəyişiklik edilib
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib
İbtidai siniflərdə imtahanlar ləğv edilə bilər? – Ekspertdən AÇIQLAMA
ATU-da universitet aktivlərinin idarə olunması rəqəmsallaşdırılıb
Paytaxt məktəblərində “Heydər Əliyev irsinin öyrədilməsi” dərslərinə start verilib
Ağdaşda gənclər arasında İİV/QİÇS-lə mübarizə maarifləndirməsi aparılıb
Məktəblilər üçün 10 mindən artıq video dərs hazırlanıb
Fənn kurikulumlarında dəyişiklik: Məzmun yükü azaldılır
Məleykə Abbaszadə BDU-da nələr edəcək? - İlk AÇIQLAMA
Agentliyə yeni şöbə müdiri təyin olunub
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar

İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT

İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT

İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub
Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasov barəsindəki cinayət işi ilə bağlı son qərar verilib. Həmçinin, qətlin təfərrüatları məlum olub.

Musavat.com-un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

2002-ci il təvəllüdlü Əli Abbasov “Premium Gym” idman zalında məşq edərkən orada idmanla məşğul olan 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər.

Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasovun əməlinə daha ağır hüquqi qiymət verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Qeyd edilən maddələrlə Əli Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən edilib ki, mərhum öldürülən zaman onun 19 yaşlı qardaşı da yanında olub. Hadisə onun gözü qarşısında amansızlıqla törədilib.

Hadisənin baş verməsinə səbəb tərəflərin zalda məşq edən zaman bir-birlərinə tərs-tərs baxması olub. Onlar bir-birlərinə irad bildiriblər. İlk mübahisəni zalda olan şəxslər sakitləşdirib. Amma tərəflər bir neçə dəqiqə sonra yenidən mübahisə ediblər. Bu dəfə Əli üzərində olan bıçaqla Bəxtiyara iki zərbə endirib. Bəxtiyar aldığı xəsarətlərdən dünyasını dəyişib.

Əli Abbasov apellyasiya və kassasiya şikayətləri verərək cəzasının azaldılmasını istəyib. Səbəb olaraq göstərib ki, əməlində xuliqanlıq niyyəti olmayıb. O, hadisənin mərhumun qanunsuz hərəkətləri nəticəsində baş verdiyini deyib. Amma məhkəmə onun şikayətini təmin etməyib və 15 illik cəza qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər