Xəbər lentiwidget-title-icon

XVIII Elmi və Praktiki Onlayn Konfrans "Açıq Təhsil və Regional İnkişaf: Yeni Nəsil İnstitusional Modeli" bu gün başladı!
Məktəb direktorlarının telefonları əllərindən alındı, üst-başları yoxlanıldı
Məleykə Abbaszadədən pulsuz təhsillə bağlı mühüm AÇIQLAMA
Universitet məzunu iş axtarmalıdır, yoxsa iş yaratmalı?
Ödənişli qəbul olunan 1000-dən çox tələbə pulsuz təhsil alacaq
Riyaziyyat fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək
3, yoxsa 1 medal, İlqar Bayramlı? - Şanxaya şəkil çəkdirməyə getmək dövlətə neçəyə başa gəldi? - FOTO
"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Süni intellektdən bu üsullarla yararlanın - Müəllim və şagirdlərə TÖVSİYƏ
Yumurta, çek və 25 manatlıq “məhəbbət”: Müəllimlər Gününüz Mübarək!
Kimya fənni üzrə seçim imtahanı keçiriləcək
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
MDU-da müasir tədris üçün yeni İMKANLAR
“Zəif maliyyələşən elm və təhsil rəqabətədavamlı ola bilməz...”- EKSPERT
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüşlər keçirilib
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
"Son 10 ildə fənn müəllimlərində irəliyə doğru köklü dəyişikliklər var" - Emin Əmrullayev
195 magistrant təhsil haqqından azad EDİLDİ
23 Çin vətəndaşı Azərbaycanda təhsil alacaq
"Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyənlər var" - Sabir Rüstəmxanlıdan sərt MESAJ
"Bir-birimizi tərifləmək əvəzinə, problemləri həll etməliyik" - Emin Əmrullayevdən sərt XƏBƏRDARLIQ
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri təltif ediliblər

55 yaşlı məktəb direktorunun cinayət işinin təfərrüatı..

55 yaşlı məktəb direktorunun cinayət işinin təfərrüatı..

Dələduzluqda, mənimsəmədə, rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilən 55 yaşlı məktəb direktorunun cinayət işinin təfərrüatı məlum olub.

Söhbət Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışmış Vurğun Mənsimovun əməllərindən gedir.

İstintaqla müəyyən edilib ki, direktor Mənsimov bir neçə müəllimin əmək haqqı kartına əlavə ödənişlər köçürülməsinə nail olub və həmin məbləğləri ələ keçirib.

İttihama görə, Vurğun Mənsimov bir neçə nəfərdən də məktəbə məşqçi-müəllim kimi işə düzəlmək adı ilə 3000-5000 manat arası pul alıb, amma vədinə əməl etməyib. Həmçinin məktəbə invertar kimi verilmiş 3 min manatdan çox dəyəri olan əşyaları şəxsi marağı üçün talayıb.

Məhkəmədə dindirilən V.Mənsimov bildirib ki, məktəbin direktoru kimi təşkilati-sərancam vermə səlahiyyəti olsa da, hansısa şəxsi işə götürmək səlahiyyəti olmayıb. Onun sözlərinə görə işə qəbul Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.

“Heç kəsi işə götürməmişəm. Bu adla da heç kimdən pul almamışam. Əgər almışamsa da pulu Yardımlı Rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”, - deyə V.Mənsimov qeyd edib.
Onun sözlərinə görə məktəbin maliyyələşməsi 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin səlahiyyətində olub. Sonradan isə bu səlahiyyət Lənkəran-Astara Təhsil İdarəsinə verilib. Qanunsuzluqlar da bundan sonra üzə çıxıb. Amma o heç bir ittihamı qəbul etmir. İşə düzəltmək üçün heç kimdən pul almadığını deyən Mənsimov həmin şəxslərdən borc olaraq pul aldığını, sonra da geri qaytardığını bildirib.

Məhkəmə onun istintaqda ziddiyyətli ifadə verdiyini müəyyən edib. Belə ki, Mənsimov istintaqda deyib ki, işçilərin işə götürülməsi və çıxarılmasına özü qərar verib. Həmçinin etiraf edib ki, bəzi şəxsləri də Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı ilə işə götürüb.

O, əmri ilə işə götürdüyü bəzi şəxslərin işə gəlmədiyini, öz vəzifə funksiyalarını yerinə yetirmədikləri, amma onlara maaş ayrıldığını da etiraf edib.

Mənsimov ifadəsində deyib ki, Əfqan İbayevdən və qardaş oğlu Fəraim İbayevdən işə götürmək adı ilə pul alıb. Həmin zaman pula ehtiyacı olduğu üçün bu addımı atıb. Amma həmin şəxsləri işlə təmin etməyib. Sonra onların pulunu geri qaytarıb.Onu da etiraf edib ki, adı çəkilən şəxlsərdən pulu aldıqdan sonra fikri Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşıb həmin şəxsləri işə götürmək olub. Lakin təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdə olub. Məzuniyyətdən qayıtdqıda sonra isə onu işdən çıxarıblar. Lakin Səmədzadəyə bu barədə heç bir məlumat verə bilməyib.

Mənsimov onu da etiraf edib ki, Əfqan İbayev və Fəraim İbayevin işə qəbul olunması ilə bağlı saxta əmr də hazırlayıb ki, vaxt qazansın. Amma qarşı tərəf buna inanmayıb və pulunu tələb edib.

Mənsimov məhkəmə istintaqı zamanı fərqli ifadə verməsini belə izah edib: “Sərbəst ifadə vermişəm. Amma yaşlı və xəstə olduğum üçün bəzi şeyləri qarışdırmışam. Ona görə də istintaq ifadəsinə görə özümü təqsirli bilmirəm. İşlədiyim dövrdə bir sıra nöqsanlara və səhlənkarlığa yol verdiyimi başa düşürəm. Buna görə peşmanam”.

Məhkəmədə hüquqi varis kimi Lənkəran-Astara Regional Təhsil İdarəsi təmsil olub. İdarə Mənsimovun əməlləri nəticəsində cəmi 72 min manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir.

Mənsimov törətdiyi əməllərə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, işə düzəltmək adı ilə pul aldığı zərərçəkənlərin ödənişini etsə də qalan zərəri ödəməyib.

Oxşar xəbərlər

Bütün xəbərlər