Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib - FOTO

BDU-da “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyilə maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan, karyerasını bu istiqamətdə qurmaq istəyən tələbələr üçün “CareerLAB” şəbəkəsi üzrə panel müzakirələr keçirilib.

Universitetdən bildirilib ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələr üçün keçirilən bu cür diskussiyaların gələcək karyera planlaması və düzgün peşə seçimində önəmli rol oynadığını qeyd edib. Bildirib ki, universitetdə bu işin sistemli aparılması, İnsan resursları və hüquq şöbəsinin strukturunda Karyera və məzunlarla iş sektorunun fəaliyyətinin daha da genişləndirilməsi və optimallaşdırılması üçün onun bazasında Karyera və Məzunlarla İş Mərkəzi yaradılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev qurumun gənclərin karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinin formalaşdırılması məqsədilə fəaliyyət göstərdiyini deyib. O, görüşün məqsədinin ali təhsilin bakalavriat səviyyəsini başa vurmaq üzrə olan gənclərə motivasiya və dəstək vermək olduğunu bildirib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli ölkənin ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbə gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrdə BDU TGT-nin xüsusi aktivlik göstərdiyini qeyd edib.

Universitetin TGT sədri Ələkbər Həsənov “CareerLAB” şəbəkəsi üzrə layihənin BDU-da təşkili üçün dəstək göstərən qurumlara təşəkkürünü bildirib və tələbələr üçün bu cür layihələrin davamlı olacağını deyib.

Daha sonra panel müzakirələr başlayıb. Moderatorlar – “Paşa Həyat Sığorta” ASC-nin Mühasibatlıq şöbəsinin müdiri, baş mühasib Toğrul İslam, “Azərbaycan Beynəlxalq Bankı”nın Maliyyə menecmenti departamentinin MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) hesabatlıq şöbəsinin müdiri Fitat Məmmədova, “Kapital Bank”ın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin müdiri Şamxal İmanov, “KPMG Azerbaijan” şirkətinin audit tərəfdaşı Nəsimə Muradxanova müasir bankçılıq və maliyyə sektorunda tələblər, təkliflər və işə qəbul zamanı diqqət edilməli məqamlardan danışıblar.

Panel sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, ilk müzakirəsi BDU-da keçirilən layihənin məqsədi gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsinin təmin edilməsidir.

Oxşar xəbərlər

Bütün xəbərlər