Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

İdeya ver, qrant qazan

İdeya ver, qrant qazan

Sağlam rəqabət, innovativ fəaliyyət - “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”nə start verilir

İnkişaf və innovasiya xarakterli müsabiqələrin həyata keçirilməsi ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi olaraq artıq müsbət ənənəyə çevrilib. Bu il növbəti dəfə Elm və Təhsil Nazirliyi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ni elan edir. Müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 27 fevral - 1 aprel 2024-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Müsahibimiz Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyevadır.

- Layihələr hansı meyarlara cavab verməlidir və onların qiymətləndirilməsi mexanizmi necədir?

- Müsabiqəyə daxil olan bütün layihələr ilkin olaraq texniki ekspertizadan keçirilir. Texniki ekspertiza zamanı müsabiqə iştirakçılarına verilən tələblər “ödənir-ödənmir” prinsipi ilə yoxlanılır. Texniki ekspertizanın birinci mərhələsində “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə layihələrin iştirak şərtlərinə cavab verib-verməməsi, “Fərdi layihələr” kateqoriyası üzrə isə iştirakçının təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir ümumi təhsil müəssisəsində təhsilverən olub-olmaması yoxlanılır. Məzmun ekspertizası mərhələsində bütün layihələr ekspert qrupları tərəfindən 100 ballıq şkala üzərindən 9 bal əsasında qiymətləndirilir. Bu meyarlara uyğunluq, orijinallıq, problemin vacibliyi, məqsəd və vəzifələrin dəqiqliyi, faydalılıq, davamlılıq, fəaliyyət planı, monitorinq qiymətləndirmə və maliyyə səmərəliliyi meyarları aiddir. Layihələr qiymətləndirildikdən sonra orta bal çıxarılır. Müsabiqənin keçid balı 50 baldır. Bu, o deməkdir ki, 50 və daha artıq bal toplayan layihələr qrant qazanmağa namizəd layihələr hesab olunurlar.

- Builki müsabiqədə hansı yeni istiqamətlər vardır?

- Müsabiqənin prioritet sahələri müəyyənləşdirilərkən dünyada gedən təhsil trendləri, təhsil layihələri, təhsillə bağlı ölkədaxili tələbatlar təhlil edilir və 8 əsas prioritet sahə müəyyənləşdirilir. Bu prioritet sahələrə “Onlayn platformalar və tətbiqlər vasitəsilə öyrənmənin təşkili”, “Fiziki fəallığın və ünsiyyətin artırılması”, “Müxtəlif məzmunlu müsabiqələrə hazırlıq”, “Fiziki-psixoloji zorakılığın və qısnamanın profilaktikası”, “Yaşıl dünyanın təşviqi”, “Təlim nəticələri zəif olan təhsilalanlarla iş”, “Həyati bacarıqların inkişaf etdirilməsi”, “Təhsilverənlərin fərdi inkişafı” və “Sərbəst seçim” aiddir. Bu prioritet sahələrin hər biri kifayət qədər innovativdir və həmin istiqamətlər üzrə maraqlı təhsil layihələrinin təqdim edilməsinə ümidliyik. Ancaq mən burada diqqəti xüsusi olaraq “Sərbəst seçim” prioritet sahəsinə yönləndirmək istəyərdim. Çünki “Sərbəst seçim” prioritet istiqaməti təhsilverənləri düşünərək təklif edilmiş sahədir. Bəzən belə olurdu ki, hər hansı bir icmada həqiqətən də faydalı bir layihə təşəbbüsü yaranırdı və həmin layihənin həyata keçirilməsi icmanın, məktəbin, təhsilverənlərin və təhsilalanların inkişafına səbəb ola bilirdi. Ancaq müvafiq prioritet sahə nominasiyaya uyğun gəlmədiyinə görə bu layihə müsabiqəyə təqdim edilə bilmirdi. Lakin indiki halda əgər belə layihələr varsa, təhsilverənlər tərəfindən çox rahatlıqla “Sərbəst seçim” prioritet sahəsi üzrə müsabiqəyə təqdim edilə bilər.

- Namizədlər nələrə diqqət yetirməlidirlər?

- Mən tövsiyə edərdim ki, əvvəlcə müsabiqədə iştirak etmək istəyində olan hər kəs elanla diqqətlə tanış olsun. Çünki müsabiqənin prioritet sahələri kifayət qədər geniş və şaxəlidir. İnanıram ki, hər bir müəllimin mütləq öz sinfində reallaşdırmaq istədiyi hər hansı bir ideya olacaqdır. Bununla yanaşı mən tövsiyə edərdim ki, müsabiqədə iştirak etmək istəyənlər qiymətləndirmə meyarları ilə tanış olsunlar. Çünki layihə tərtib edərkən layihəniz sadaladığım 9 qiymətləndirmə meyarı əsasında qiymətləndiriləcəkdir. Layihəyə əvvəlcədən ad qoymağa çalışmasınlar. Bəzən olur ki, layihənin adı daha əvvəl qoyulur və daha sonra ad ətrafında layihə ideyası formalaşdırılır. Bunu düzgün yanaşma hesab etmirəm. Layihə tərtib edilərkən qiymətləndirmə meyarlarına uyğun iştirakçıların layihələrini özlərinin qiymətləndirməsini tövsiyə edərdim. Belə olan halda onlar, deyək ki, faydalılıq meyarları üzrə qiymətləndirəcəklər və özləri artıq ilkin olaraq layihələrinin faydalılıq meyarları üzrə neçə balla qiymətləndirilə biləcəyini başa düşə bilərlər.

- Qrant müsabiqəsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Mən düşünürəm ki, Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sisteminə bir sıra önəmli faydalar təqdim edə bilir. Bu faydaların əhatə dairəsi, spektri genişdir və təhsil keyfiyyətinin artırılmasından tutmuş təhsildə əlçatanlığın genişləndirilməsinə qədər uzana bilər. Bu müsabiqənin faydalarından biri də təhsilverənlərdə innovasiya və yaradıcılığın təşviq edilməsi, əməkdaşlığın və şəbəkələşmənin təhsilverənlər, təhsil icması arasında gücləndirilməsi, araşdırma və tədqiqatların aparılmasının dəstəklənməsindən ibarətdir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin fəlsəfəsi ondan ibarətdir ki, məktəblərə, təhsil işçilərinə öz məktəblərində ideyaları həyata keçirmək üçün şərait yaradılır, maliyyə ayrılır və bu layihənin icra edilməsi və qazanılması ilə təhsil işçiləri və müəssisələr arasında müəyyən rəqabətlilik də yarana bilir. Ümumiyyətlə, əksəriyyət təhsilverənlərdə reallaşdırmaq, icmasının inkişafına dəstək olmaq istədiyi hansısa bir ideya mütləq olur. Bu, həm də ondan irəli gəlir ki, təhsilverənlər öz icmalarını, mühitlərini digərlərindən daha yaxşı tanıyırlar. Bu baxımdan, qrant müsabiqəsinin yaratdığı imkanlar böyükdür.

Oxşar xəbərlər

Bütün xəbərlər