Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair növbəti müzakirə aparılıb - FOTO

Gənc müəllimlərlə maarifçilik ənənələrinə dair növbəti müzakirə aparılıb - FOTO

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc müəllimlərlə “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda növbəti görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra böyük pedaqoq Firidun bəy Köçərlinin həyatı və maarifçilik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova ədibin zəngin irsinin gənc nəslin təlim-tərbiyəsi və inkişafına təsirlərindən danışıb.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva ömrünün 40 ilini xalqının maariflənməsinə, mədəni tərəqqisinə həsr edərək milli duyğulara sahib bir fədai kimi adını tarixə qızıl hərflərlə yazdıran F.Köçərlinin Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki xidmətlərindən söz açıb. M.Vəliyeva böyük maarifçinin Azərbaycan gəncliyinə aşıladığı vətənpərvərlik ruhunun, milli təhsilimizin inkişafı naminə həyata keçirdiyi ideyaların bu gün də gənc müəllimlər üçün ən gözəl nümunə olduğunu bildirib.

ADPU-nun prorektoru Könül Pirverdiyeva ömrünün sonuna qədər müəllimlik edərək bu peşəyə sevgisi və sədaqəti ilə əsl nümunə olan F.Köçərlinin maarifçiliyin inkişafı, pedaqoji fikrin zənginləşməsi işinə verdiyi töhfədən bəhs edib. K.Pirverdiyeva gənc müəllimlərə işıqlı maarifçilərin ideyalarından bəhrələnərək həyat və fəaliyyətləri ilə cəmiyyətə örnək olmağı tövsiyə edib.

Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova, Quba rayonu İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Yasəmən Sofiyeva dövlət və cəmiyyətin inkişafında gəncliyin rolundan danışıb, gələcək nəsillərin vətənpərvər, kamil şəxsiyyət kimi yetişdirilməsində məktəbin, müəllimin üzərinə düşən missiyadan söz açıblar.

Vətən müharibəsi qaziləri, gənc müəllimlər Cavidan Allahverdiyev, Elnur Xəlilov, Şahniyar Məmmədov və Novruz Bələdov Vətənin əsgəri olaraq yerinə yetirdikləri vətəndaşlıq borcunu təhsilin əsgəri olaraq da uğurla davam etdirəcələrini, xalqına, millətinə layiq gənclər yetişdirmək işində daha əzmlə çalışacaqlarını söyləyiblər.

Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Cavid Haqverdiyevin ifası təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər