Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Beyinə zərər verən 15 SƏBƏB

Beyinə zərər verən 15 SƏBƏB

Beyin çox həssas bir orqandır və demək olar ki, hər şeydən təsirlənir.

tehsilmedia.info xəbər verir ki, professor, nevroloq Derya Uludüz bəzi vərdişlərdən travmalara, stressdən az su içməyə qədər bir çox amilin bu həyati orqana mənfi təsir etdiyini bildirib.

Nevroloq qeyd edib ki, düzgün işləməyən beyin, düzgün işləməyən bədən deməkdir. Bu səbəbdən beynimizi zədələyən səbəbləri nəzərdən keçirib dəyişdirməli və ya aradan qaldırmalıyıq. O, beyinə zərər verən, onu təhdid edən 15 səbəbi açıqlayıb.

Fiziki travma - huşunu itirmə, şok keçirmə və qəzalar beyinə təsir edir. Beyin sarsıntısından sonra baş ağrısı, bir neçə dəqiqə ərzində huşunu itirmə, zədə zamanı baş verənləri xatırlamama, eşitmə və görmə qabiliyyətinin pozulması, diqqətin azalması və çaşqınlıq ola bilər. Bütün bunlar təcili müdaxilə tələb edən vəziyyətlərdir.

Maddə asılılığı - narkotiklər beynin ən böyük düşmənidir. Bunlar beynin normal fəaliyyətini pozmaqla yanaşı, beyin damarlarında da tıxanmalara səbəb olur.

Siqaret - beyinə və bədənə qan axınını məhdudlaşdırır. Siqaret çəkən insanlarda diqqəti toplamaqda çətinlik yarana bilər. Siqaret çəkənlərin təkcə dərisi deyil, beyni də sürətlə qocalır.

Spirt - hətta orta dərəcədə spirt istehlakı beyin funksiyalarına təsir göstərir. Spirtli içki qəbul edən insanların beyinləri daha kiçik olur. Ancaq beyin ölçüsü çox vacibdir. Prefrontal korteksin (beynin planlaşdırma, qabaqcadan düşünmə və mühakimə ilə məşğul olan hissəsi) funksiyasını pozur.

Həddindən artıq çəki - yağlar zərərli maddələri saxlayır. Bədəndə nə qədər çox yağ varsa, beyin bir o qədər pisdir, çünki o, zərərli maddələrdən təsirlənir. Yağın həddən artıq çoxluğu da beynin kiçilməsinə səbəb olur. Piylənmə idrak qabiliyyətinin zəifləməsi və Alzheimer riskini də artırır.

Yanlış qidalanma - qeyri-sağlam qidalanma beynin həcmini, funksiyasını və struktur inkişafını pozur. Buna görə də şəkər, yağ və karbohidratların həddindən artıq istehlakından çəkinmək lazımdır. Sağlam bir beyin üçün pəhriz zeytun yağı və “Omeqa-3” kimi sağlam yağlara, təzə, mövsümi tərəvəz və meyvələrə, çiy qoz-fındıq, paxlalılar və bütün taxıllara diqqət yetirilməlidir.

Yalnızlıq - yalnızlıq çox vaxt mənfi düşüncələrə səbəb olur. Bu, beyində beta-amiloid toplanmasına səbəb olur və zamanla demensiyaya qapı açır. Elmi araşdırmalar göstərir ki, qısa müddət ərzində də olsa ünsiyyət qurmaq beyni aktivləşdirmək üçün kifayətdir. Yaxın dostlarla söhbət etməklə beyini aktivləşdirmək mümkündür.

Xroniki stress - ağır iş yükü, maddi çətinliklər və evlilik problemləri xroniki stressin səbəbləridir. Daimi stress altında olan beyin stress hormonu - kortizol ifraz edir. Kortizol iştahanı və şəkər istəklərini artırır, bu da çəki artımına səbəb olur. Əzələ gərginliyini və xroniki ağrıları, o cümlədən qan təzyiqini artırır. Bütün bunlar beyin sağlamlığını pozur.

Yuxusuzluq – düzənsiz yuxu, yuxu pozğunluğu həmişə fiziki, beyin sağlamlığına mənfi təsir edir.

Həddindən artıq kofein - hər şeyin artığının zərərli olması, təbii ki, tərkibində kofein olan qidalara da aiddir. Gün ərzində həddindən artıq kofein qəbulu beyinə mənfi təsir edir. Yaddaşda, diqqətdə, qavrayışda, düşüncədə, dildə və şüurda əsas rol oynayan maddənin həcmini azaldır.

Həddindən artıq televizora baxmaq - həddindən artıq televizora baxmaq uşaqlarda hiperaktivlik, böyüklərdə isə Alzheimer xəstəliyi ilə əlaqələndirilir. Gündə iki saatdan çox televizora baxmaq piylənmə riskini artırır. Artıq çəki də beyinə zərərlidir.

Şiddətli kompüter oyunları - bu oyunlar zorakılığa səbəb olur. Zaman keçdikcə uşaqlar bu oyunlara aludə olurlar. Belə oyunlar beyinə mənfi təsir edən amillər sırasındadır.

Su itkisi - bədənin 70 faizi və beynin 80 faizi sudan ibarətdir. Əgər kifayət qədər su içilməsə, beyin funksiyası da azalır.

İntensiv sosial şəbəkə istifadəsi - daim mesajlaşmaq və internetdə sosial şəbəkələrdə vaxt keçirmək diqqət problemlərinə səbəb olur. Zamanla üz-üzə ünsiyyətdə çətinlik yaradır.

Hərəkətsizlik - beynin də hər bir əzələnin ehtiyac duyduğu kimi məşqlərə ehtiyacı var. Hərəkətsizlik səbəbindən qan axını zəiflədiyi üçün beyinə kifayət qədər qan çatmır. Yaddaş da bu vəziyyətdən mənfi təsirlənir.

Oxşar xəbərlər

Bütün xəbərlər