Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Azərbaycan PISA 2022 nəticələri üzrə MDB ölkələri arasında 3-cü yerdədir

Azərbaycan PISA 2022 nəticələri üzrə MDB ölkələri arasında 3-cü yerdədir

Xəbər verdiyimiz kimi, PİSA ( Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.

PISA 2022-ci il nəticələrinə əsasən, Azərbaycan 81 ölkə arasında 56 yerdədir. Ötən illərlə müqayisədə nəticələrdə kəskin azalma müşahidə edilib.

Maraqlıdır, nəticələrin kəskin azalmasına səbəb nədir?

Sözügedən məsələ ilə bağlı tehsilmedia.info - a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkənin təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə 2004-cü ildə Azərbaycan postsovet məkanında PISA proqramının sınaq mərhələsinə qoşulan ilk ölkələrdən biri oldu:

“Heç şübhəsiz PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas mərhələsində iştirak edərkən bilik yarışında şagirdlərimizin yüksək nəticə göstərəcəklərini gözləmirdik. Səbəblər çox idi. Əsas səbəb isə ölkədə tətbiq olunan təhsil proqramlarının şagirdlərdə idraki, həyati və tətbiqi bacarıqların formalaşdırılmasına yönəldilməməsi, təhsil prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə təcrübəsi ilə tanış olmamasıdır. Lakin bu addım beynəlxalq tələb və standartları mənimsəmək, şagird və müəllimləri, təhsil ictimaiyyətini bu proseslə tanış etmək, şagirdləri psixoloji cəhətdən həmin bilik yarışına hazırlamaq və təcrübə qazanmaq baxımından çox faydalıdır. Məhz bu proqramda iştirakın nəticəsidir ki, artıq dərslik və dərs vəsaitlərində, qiymətləndirmə vəsaitləri toplusunda idraki bacarıqları inkişaf etdirən qiymətləndirmə nümunələrinə geniş yer verilir, summativ qiymətləndirmə vasitələrinin böyük əksəriyyəti həmin tələblər gözlənilməklə tərtib edilir”.

Ekspert qeyd edib ki, buraxılış imtahanlarında istifadə olunan sual kitabçalarındakı hər bir tapşırığın məqsədi də konkret bilik və bacarığın yoxlanılmasına xidmət edir:

“Azərbaycan PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir. Beynəlxalq təcrübə göstərir ki, hər hansı qiymətləndirmənin nəticələri təhsilin keyfiyyəti haqqında etibarlı mənbə rolunu o zaman oynaya bilər ki, oradakı qiymətləndirmə vasitələri bütün variantlarda testologiyanın elmi-nəzəri əsaslarına uyğun olaraq eyni çətinlik dərəcəsinə malik olsun.

Azərbaycan Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib.

PİSA testlərinin 6-cı səviyyə mətnləri oxuma (elmi-fəlsəfi) bölməsində 79 ölkə arasında Gürcüstan sonuncu yerə yerləşdi. Bu nədir bilirsiniz? 15-24 yaş aralığında 1000 nəfərdən sadəcə 8 nəfər oxuduğunu anlayır, 24-35 yaş aralığında 1000 nəfərdən sadəcə 3 nəfər oxuduğu mətnləri dərk edə bilir. Müqayisə üçün qeyd edim ki, bu rəqəm Finlandiyada 1000 nəfərdən 370, Estoniyada 290, Kanadada 250-dir. PISA 2022-ci il nəticələrinə əsasən görə bilirik ki, azərbaycanlı şagirdlərin riyaziyyat üzrə nəticələri yüksəkdir. Həmçinin Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir”.

Həmsöhbətimiz vurğulayıb ki, təhsil sistemində iki bacarıq yaxşı tədris olunur:

“Bu hamının bildiyi 10 suallıq test hǝll etmək və əzbərə dərs öyrənmək üsuludur. Ən vacib, öyrədilməyən bacarıqlar isə bunlardır: komanda ruhu ilə işləmək, analitik düşünmək, həqiqi sual vermək, müstəqil fikir azadlığı və praktik zəkanın inkişafı təlimləri. Belə olmadığı təqdirdə nəticə olaraq yorğun, çarəsiz, bədbin və qavrama qabiliyyəti formalaşmamış bir nəsil formalaşır. Növbəti mərhələdə onlar universitetə qəbul olur və məzun olduqdan sonra aldığı təhsilin yetərsizliyindən şikayət edir. Ömrünün ən məhsuldar illərini bezgin, əsəbi, tükənmiş keçirirlər. Məzun olduqdan sonr müraciət etdikləri iş yerləri bu cür tələbələri işə götürməkdə tərəddüd edir.Azərbaycanın riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb. Nəticələr əsasında deyə bilərəm ki, COVID-19 pandemiyası dövründə məktəblərin qapalı qalması uşaqların qiymətləndirmə nəticələrinə ciddi şəkildə mənfi təsir göstərib. Eyni zamanda rəqəmsal cihazlardan səmərəsiz istifadəsi və asıllıq şagird nailiyyətlərinə mənfi təsir edir”.

Əsədov qızların oğlanlara nisbətən daha yüksək nəticə göstərməsi məsələsinə də aydınlıq gətirib:

“Azərbaycanda qızların nəticələrinin fərqlənməsi səbəbi kimi, müəllimlər, bir qayda olaraq, qızlara daha yüksək qiymətlər qoyurlar. Həmçinin valideynlər böyük ehtimal edirlər ki, onların qızları yox, oğlanları elm, texnika və ya riyaziyyat sahə üzrə işləyəcəklər. Qızların nəticələrinin fərqli olması onların gələcək ixtisas seçimi də təsir göstərir. Belə ki, qızlar demək olar ki, oğlanlara nisbətən üç dəfə daha çox həkim, baytar, tibb bacısı və ya başqa tibb işçisi kimi işləməyi nəzərdə tuturlar”.

AzEdu.az-a danışan təhsil eksperti Vüsal Kərimli qeyd edib ki, nəticələrin kəskin azalması Covid-19 ilə əlaqəli olduğu düz məlumatdır:

“Həqiqətən də bütün ölkələr üzrə göstəricilərdə enmələr var. Nəzərə alsaq ki bu istiqamət üzrə zamana ehtiyac var. Ümid edirəm irəliləyiş olacaq. Bu kimi işlərin təşkili, nəticələrin qısa zamanda alınması sözdə asan, amma icrada vaxt tələb edir”.

Oxşar xəbərlər

Bütün xəbərlər