Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI

Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI

tehsilmedia.info  xəbər verir ki , 16 aprel 2023-cü il tarixində Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bəs, imtahan nəticələri necə olub? Sualların həll olunma səviyyəsi necə idi? Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək? SİA mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.Onun sözlərinə görə, çətin və asan suallar olmur, anlaşılmayan və anlaşılan suallar olur: "Hər buraxılış, istərsə də qəbul imtahanları başa çatar-çatmaz imtahan nəticələri necə olub, sualların səviyyəsi necə idi, bu il qəbul imtahanlarında ballar aşağı düşəcəkmi, 700 bal toplayan olacaqmı və s. bu kimi suallar geniş müzakirə obyektinə çevrilir, hətta imtahan ərəfəsində müxtəlif proqnozlar verilir, əsasən də təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı radikal mülahizələr səsləndirilir. Bu da təbiidir, təhsilimizin vəziyyəti geniş maraq dairəsindədir”.

Nadir İsrafilov sözlərinə belə davam edib: "Hərə məsələyə bir cür yanaşır. Dövlət İmtahan Mərkəzi öz arqumentlərini gətirir və izah etməyə çalışır ki, bu suallar hamısı qanunauyğun salınıb. İndi kimlərsə izah edir ki, burada dərsliyə düşməyən tədris planından fərqli suallar salınır, ona görə uşaqlar çətinlik çəkirlər. Dövlət İmtahan Mərkəzi isə öz cavabında əsaslandırır ki, burada tədris planından kənar heç bir sual salınmayıb. Yəni, bu kimi çəkişmələr uzun illərdən bəri davam edir və imtahan modelində hər hansı bir dəyişiklik edilməyənə qədər davam edəcəyinə də heç kəs zəmanət verə bilməz.

Əvvəla, onu deyim ki, bütün bu həyəcanlar və pessimist proqnozlar əsasən ali məktəblərə qəbul olmaq marağında irəli gəlib, imtahanların iki mərhələli keçirilməsi, buraxılış və qəbul qaydalarında və test tapşırıqlarının formalarında dəyişiklik edilməsi, məzunlara və abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olması, ümumiyyətlə, bu məsələnin imtahanın səviyyəsi haqqında hər hansı fikir yürütmək üçün əsas ola bilməməsi, bununla bağlı daha ciddi araşdırma, daha dərin təhlil, daha dərin müqayisə aparilması zərurəti ilə izah olunur.Razılaşaq ki, ola bilsin ki, hər hansı ixtisas qrupunda nəticələr bu və ya hansısa il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir. Lakin məsələ ondadır ki, məsələyə yanaşma tərzimiz dəyişməz olaraq qalır. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər 700 balliq tələbəmiz olmaqla həmin illər təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, son 3 ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayır!?

Bir də ki, çətin və asan suallar olmur, anlaşılmayan və anlaşılan suallar olur. Kimlərsə suala daha anlaşıqlı tərzdə yanaşır, kimlərinsə anlaşıq səviyyəsi aşağıdır. Əks halda testə salınan hansısa bir sual ümumilikdə cavabsız qalardı. Bəli, bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, digər texniki qüsurlar, bəzi sual və tapşırıqların məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olub ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və bu günün özündə də müşayət olunmaqdadır.

Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü? Bu barədə düşünməliyik”.

Oxşar xəbərlər

Bütün xəbərlər