Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

İdarəetmə Sistemləri İnstitutu ilə SABAH mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İdarəetmə Sistemləri İnstitutu ilə SABAH mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə görüş keçirilib.

İnstitutdan "tehsilmedia.info" a bildirilib ki, görüşdə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi katib Zəhra Əzizova, laboratoriya müdirləri r.ü.f.d., dosent Gülçin Abdullayeva və r.ü.f.d., dosent Ədalət Paşayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İcra Komitəsi sədrinin müavinləri Nailə Qəhrəmanova və Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova və Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova iştirak ediblər.

Görüşdə universitetlərin SABAH qruplarında magistratura səviyyəsində təhsil alan magistrantlara İSİ-nin aparıcı alimləri tərəfindən magistrlik dissertasiya işlərinin mövzularının təyin olunması, iş üzrə elmi rəhbərliyin həyata keçirilməsi, magistrantların laboratoriyalarda görülən işlərlə bilavasitə yaxından tanış olmaları üçün onların İSİ-də elmi tədqiqat təcrübəsi keçmələrinin təşkil olunması və s. məsələlər geniş müzakirə olunmuş, bu işlərin yerinə yetirilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev SABAH qruplarında təhsilin magistratura pilləsi üzrə tədrisi həyata keçirilən ixtisaslar haqqında ətraflı məlumat verərək qeyd edib ki, proqram əsasən kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, logistika və nəqliyyat, optimallaşdırma, əməliyyatların tədqiqi və sistemi, ehtimal nəzəriyyəsi və s. kimi ən müasir, texnologiya yönümlü ixtisasları əhatə edir.

Daha sonra İSİ-nin icraçı direktoru Əminağa Sadıqov sözügedən institut ilə universitetlərin SABAH mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasını müsbət qiymətləndirərək, öz növbəsində institut tərəfindən bu işlərin mərhələli şəkildə həyata keçirilməsi üçün lazımi dəstəyin veriləcəyini vurğulayıb. O, həmçinin magistrantlar üçün İSİ-də kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və s. sahələri əhatə edən mövzularda seminarların, mühazirələrin, ustad dərslərinin keçirilməsinin vacibliyini qeyd etmiş, bu tədbirlərin universitetlərlə elmi tədqiqat institutları arasında əməkdaşlıqda yeni bir mərhələ olacağını bildirib.

Oxşar xəbərlər

Bütün xəbərlər