Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

İkinci Respublika “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin qiymətləndirilmə prosesi davam edir

İkinci Respublika “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin qiymətləndirilmə prosesi davam edir

Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının yaradıcısı, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsinin qiymətləndirməsi prosesi davam edir.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və BMA-nın məktəb-studiyasının təşkilatçılığı ilə keçirilən müsabiqə musiqi sənətinin üç əsas istiqamətinə – klassik, xalq yaradıcılığı və caz musiqisinə həsr olunur. Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.

Layihə iki mərhələdən ibarət olmaqla həyata keçirilir. Birinci turun seçimləri iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutub.

Qeyd edək ki, videoyazılar yutub sosial platformasına yerləşdirilib. İkinci turda isə canlı ifa nümayiş etdiriləcək. Müsabiqənin iştirakçıları üç yaş kateqoriyasında (I qrup – 8-12 yaş, II qrup – 13-16 yaş, III qrup – 17-23 yaş) “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə bölünüblər.

Müsabiqədə iştirak etmək üçün Bakıdan və respublikanın 14 regionundan (Ağdam, Ağdaş, Bərdə, Quba, Qubadlı, Gəncə, Qəbələ, Saatlı, Salyan, Sumqayıt, Neftçala, Şabran, Şəki, Şirvan) musiqi məktəbləri, habelə, orta və ali musiqi təhsili müəssisələrindən fortepiano, violin, fleyta və vokal ixtisasları üzrə 110-dan çox gənc musiqiçi müraciət edib.

Hazırda birinci tur iştirakçılarının qiymətləndirilməsi prosesi davam edir. İkinci tur isə noyabrın 13-dən 18-dək keçiriləcək. Müsabiqənin qaliblərinə laureat adı veriləcək.

“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verir.

Oxşar xəbərlər

Bütün xəbərlər