Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

"Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir"

"Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir"

"Türk Dövlətləri Təşkilatının (TDT) Astanada keçirilən 10-cu yubiley Zirvə görüşü ilə bağlı əminliklə demək olar ki, TDT yaxın illərdə təkcə regional və qlobal əhəmiyyətli sülh və əməkdaşlıq platformasına deyil, həm də dünyanın iqtisadi tərəqqi mərkəzlərindən birinə çevriləcəkdir. Hesablamalara əsasən, hazırda Türk dövlətlərinin ümumi daxili məhsulu 1,2-1,4 trilyon dollar həcmində qiymətləndirilir".

Bu fikirləri "tehsilmedia.info " a açıqlamasında ADPU-nun Fizikanın fakültəsinin dekanı, Əməkdar müəllim, dosent Arzu Daşdəmirov bildirib.

O qeyd edib ki, Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir:

"Rəsmi Bakı Türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir. Astanada keçirilən TDT-nin “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək bu təşkilata üzv dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu, təşkilatın artıq beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik qurum kimi tanındığını diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra respublikamızın TDT-nin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyduğunu və bunun əsas hissəsinin Türkiyəyə yönəldildiyini də qeyd edib.

Prezident İlham Əliyev geniş coğrafiyaya, zəngin təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına, bəzi ölkələrin, hətta güclü hərbi imkanlara malik olmalarının yaxın gələcəkdə TDT-yə üzv dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığın daha da möhkəmlənəcəyi əminliyi yaratdığını bildirib".

Dosent bildirib ki, türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar, TDT də mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alovlanır. 30 ilə yaxın müddətdə Azərbaycan məhz Qarabağ müstəvisində ədalətsizliklər və haqsızlıqlarla üzləşib, separatçılığı müdafiə məqsədli ikili standartlardan əziyyət çəkib. Buna görə də, dövlətimizin özünün ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə atdığı addımlar, bütövlükdə, Türk dünyasının beynəlxalq ədalət çağırışı və müqavimətidir.

Azərbaycan lideri Astanadakı çıxışında: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”. Elə məhz buna görə də, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan özünün konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi".

A.Daşdəmirov qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işləri reallaşdırmaqdadır:

"Prosesdə Türk dövlətlərinin də yaxından iştirakı TDT-nin 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş birlik və vəhdət amalının möhkəmliyindən, sarsılmazlığından xəbər verməkdədir. Qarabağa qayıdış, bütövlükdə, Türk dünyasının özünə qayıdışının rəmzi anlamıdır. Türk Dövlətləri Təşkilatı gerçəkləşdirdiyi tədbirlərlə, gördüyü əməli işlərlə bu anlamı daha geniş platforma və müstəvilərə daşımaqdadır. Bu gün Azərbaycanın və Türkiyənin öncüllüyü ilə qurum qlobal söz sahibinə çevrilir. Qətiyyətlə deyə bilərik ki, Qarabağa qayıdışı türkün özünəqayıdış təntənəsi edən ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə Naxçıvandan başlanmış yolu daha parlaq uğurlarla zənginləşdirəcəkdir".

Mərcanə Əsədova

Oxşar xəbərlər

Bütün xəbərlər