Xəbər lentiwidget-title-icon

“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı

BDU-da arxiv işinə dair elmi seminar keçirilib

BDU-da arxiv işinə dair elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "tehsilmedia.info"a universitetdən bildirilib.

Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Aynurə Səfərova mövzu ilə bağlı məruzə edib. Gənc tədqiqatçı əvvəlcə arxiv anlayışını şərh edib, arxivçilik tarixinə nəzər salıb. Ölkəmizdə arxiv işinin formalaşmasından bəhs edən məruzəçi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bu sahədə bir sıra əməli addımlar atıb, tarixin mirası olan sənədlərin toplanması və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirib. Bu məqsədlə Xarici İşlər Nazirliyi yanında Xüsusi Komissiya təşkil edilib, arxiv sənədlərinin toplanmasına və komplektləşdirilməsinə başlanılıb.

Sonra sovet dövründə Azərbaycanda arxiv fəaliyyəti barədə məlumat verilib, bu sahədə qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin meydana gəlməsi diqqətə çatdırılıb.

Müstəqillik illərində ölkəmizdə arxiv işinin inkişafından bəhs edən məruzəçi Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə xüsusu diqqət və qayğısını vurğulayıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 12 fevral 2020-ci il tarixli Sərəncamının sahənin inkşafına mühüm töhfə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün milli-mənəvi sərvəti hesab edilən arxiv sənədlərinə yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra sahib ola bilib.

Tədqiqatda Azərbaycan Respublikasının Dövlət Arxivinin strukturu şərh olunub, arxiv işinin qanunvericilik bazası, komplektləşdirmə mənbələri, arxiv sənədləri, onların saxlanma müddətləri kimi vacib mövzular izah edilib. Müasir arxivlərin modeli, strukturu və məqsədləri barədə məlumatlar diqqətə çatdırılıb.

Vurğulanıb ki, müasir dövrdə arxivlərdə rəqəmsallaşdırma proseslərinin təşkili, istifadəçilərə elektron xidmətlərin göstərilməsi vacib elementdir. Gənc tədqiqatçı 2023/2024-cü tədris ilindən etibarən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasına tələbə qəbulunun həyata keçirilməsini xüsusi qeyd edib. Bu baxımdan fakültədə sahə ilə bağlı elmi araşdırmaların aparılmasının prioritet istqmətlərdən biri kimi daim diqqət mərkəzində olmasını vurğulayıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər