Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

ADU-nun prorektorları Madriddə seminarda iştirak ediblər

ADU-nun prorektorları Madriddə seminarda iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Tamam Cəfərova və ümumi İşlər üzrə prorektor Vüqar Mehrabov “Azərbaycan Rektorlar Konfransının yaradılması” – ECAR Erasmus+ layihəsi çərçivəsində İspaniyanın Madrid şəhərində keçirilən seminarda iştirak edirlər.

tehsilmedia.info xəbər verir ki, seminarın əsas məqsədi tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransı və İspaniya ali təhsil müəssisələrinin, eləcə də Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə həmin ölkələrin təcrübəsinin öyrənilməsidir.

Tədbirdə  elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, o cümlədən layihə konsorsiumunun üzvü olan 16 ali təhsil müəssisəsinin rektorları, prorektorları və digər məsul şəxslərindən ibarət 40 nəfərlik nümayəndə heyəti iştirak edir.

Məlumat üçün bildiririk ki, layihə Avropa Komissiyasının maliyyə dəstəyi və Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Ümumilikdə, layihənin məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında milli səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, o cümlədən Azərbaycan ali təhsil müəssisələri tərəfindən müasir çağırışlara cavab verən kadırların hazırlanması prosesinə dəstək verməkdir.

Seminarın birinci günü İspaniya Rektorlar Konfransının Baş katibi Maria Teresa İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində Rektorlar Konfransının yeri, rolu və onun qanunvericilik əsasları, strukturu, fəaliyyət istiqamətləri və müvafiq komitələri haqqında ətraflı məlumat verib.

İspaniya Rektorlar Konfransının Tələbələrlə iş üzrə komissiyasının icraçı katibi  Angela Alcala isə İspaniya universitetlərində tələbələrlə iş üzrə yeni strateji baxışın formalaşdırılması, müasir çağırışlara cavab verən tələbəyönümlü ali təhsilin mahiyyəti və İspaniyanın təhsil qanunvericiliyinə ötən il edilmiş dəyişikliklərə uyğun olaraq, “Gələcəyin Universiteti” yanaşması və onun mahiyyəti haqqında ətraflı çıxış edib.

Seminar iyulun 14-nə qədər davam edəcək.

Oxşar xəbərlər

Bütün xəbərlər